XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » Zaur Mikayılov Zakir Quliyevi istefaya göndərir? -Bəzi məsələlərə aydınlıq gətiriləcək

Zaur Mikayılov Zakir Quliyevi istefaya göndərir? -Bəzi məsələlərə aydınlıq gətiriləcək

Zaur Mikayılov Zakir Quliyevi istefaya göndərir? -Bəzi məsələlərə aydınlıq gətiriləcək
21-04-2021, 22:11

Əhməd Əhmədzadə ardıcıl olaraq 28 il rəhbərlik etdiyi Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri vəzifəsindən azad edilməsi, bu sistemdə işləməmiş Zaur Mikayılovun bu sahədə ciddi dəyişikliklərin xəbərçisi kimi qəbul olunur. Məlumatlara görə, prezident İlham Əliyev Zaur Mikayılovun qarşısına ölkənin meliorasiya və su təsərrüfatında ciddi dəyişikliklər etmək vəzifəsini qoyub. Zaur Mikayılov prezidentin tapşırığına əməl etmək üçün ciddi islahatlar keçirmək məcburiyyətindədir. Məlum olduğu kimi, Əhməd Əhmədzadə  rəhbərlik etdiyi 28 il ərzində Meliorasiya və Su Təsərrüfatı-nın statusu bir neçə dəfə dəyişsə də, onun fəaliyyətində ciddi yenilik baş verməyib. İndi Zaur Mikayılov bu vəzifənin öhdəsindən qısa müddət ərzində gəlməlidir.
“Yeni Sözçü” qəzetini bilgiləndirən məlumatlı şəxsin sözlərinə görə, yaxın günlərdə Meliorasiya və Su Təsərrüfatı ASC-də ciddi kadr dəyişikliyi başlayacaq. Belə ki, sədr müavinlərinin bəziləri vəzifələrini itirəcəklər. Vəzifəsini itirəcək sədr müavinlərindən ilki Zakir Quliyevin olacağı gözlənilir. Birincisi, bu şəxs Əhməd Əhmədzadəyə ən yaxın şəxs hesab olunur. Əhməd Əhmədzadə tərəfindən 1998-ci ildə Sabirabad Suvarma Sistemləri İdarəsinin rəisi təyin olunan Zakir Quliyev bir müddət sonra Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsinin rəisi vəzifəsinə təyin olunub. Daha sonra isə 2006-cı ildə Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini təyin olunub. Həmi müddətdən sonra da Zakir Quliyev faktiki olaraq Meliorasiya və Su Təsərrüfatı ASC-də ikinci şəxs olub. Yəni, bu sahədə baş verən bütün neqativ hallara görə cavabdeh iki şəxs varsa, biri Əhməd Əhmədzadə, digəri Zakir Quliyevdir.
Məlumatlara görə, Zakir Quliyev Kür-Araz çaylarında bəndlərin istismarı idarəsinin rəisi vəzifəsinə özünün yaxın adamı olan Elman Nuriyevi təyin etdirməklə bu idarəni də şəxsi nəzarəti altında saxlayırmış. İndi Zaur Mikayılovun da məhz buradan, Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsinin fəaliyyətinin yoxlanılması ilə Zakir Quliyevi zərərsizləşdirməyə çalışacağı gözlənilir. Məlum olduğu kimi, Kür-Araz çaylarında bəndlərin istismarı idarəsi Meliorasiya və Su Təsərrüfatı ASC-nin ən böyük idarələrindən biridir. Bu isə həmin idarəyə büdcədən daha çox vəsait ayrılması deməkdir. İndi Zaur Mikayılov həmin məsələri araşdırmaq niyyətindədir. Bu isə  idarənin  rəisi Elman Nuriyevə də, onun hamisi Zakir Quliyevə də ciddi problemlər vəd edir. Biz isə öz növbəmizdə bu məsələni yaxından izləməyə və adı çəkilən şəxslərin mövqeyini öyrənməyə çalışacağıq.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.