SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » DGK sədri Səfər Mehdiyevin biznesmen dostu Talıb Əlixanbəyov- ATEF direktorunun əlvan metal biznesi

DGK sədri Səfər Mehdiyevin biznesmen dostu Talıb Əlixanbəyov- ATEF direktorunun əlvan metal biznesi

Tarix:

21-04-2021, 21:05

/ 1 437 dəfə oxundu.
DGK sədri Səfər Mehdiyevin biznesmen dostu Talıb Əlixanbəyov- ATEF direktorunun əlvan metal biznesi

Mövzuya qısa giriş üçün qeyd edək ki, ATEF şirkətlər qrupu 1961-ci ildən Bakıda fəaliyyət göstərən mayesiz transformatorlar zavodunun bazasında yaradılıb və 1998-ci ildə özəlləşdirililib.
“ATEF Şirkətlər Qrupu”nun rəhbəri Talıb Əlixanbəyovdur.
Şirkətin Əmircan qəsəbəsindəki Bakı yağ transformatorları zavodu, Qaraçuxur qəsəbəsində transformatorlar və elektrotexniki avadanlıqlar istehsal edən zavodu, Hövsan qəsəbəsində isə metal konstruksiya zavodu, bunlardan başqa, şirkətin layihə-konstruktor bürosu, 3 tikinti-quraşdırma, həmçinin nəqliyyat və mexanikləşdirmə idarələri var.
Oxucuda şirkətlə bağlı aydın təsəvvür yaratmaq üçün bunları qeyd edirik.
Şirkət özəl olsa da dövlət tərəfindən ATEF-ə milyonlarla vəsait ayrılıb.
Bəs ATEF-in direktoru, əslində şirkətlər qrupunun Müşahidə Şurasını sədri Talıb Əlixanbəyov nə edir ?
Yuxarıda zavodların siyahısını, istifadə olunan metalların, əlvan metalların kütləsini qeyd etməyə ehtiyac görmədik.
Şirkətin zavodlarının istehsal prosesində min tonlarla əlvan metal yaranır.
Kimin şübhəsi varsa, buyurub şirkətin zavodlarına gedə bilər.
Bəli, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin dostu olan Talıb Əlixanbəyov həmin əlvan metalları hazır məhsul adı ilə xaricə ixrac edir. Yəni həmin metallar xammal kimi deyil, DGK-da hazır məhsul kimi sənədləşdirilir. Və arada yaranan külli miqdarda pul ATEF-lə DGK arasında bölüşdürülür. Qazanan Səfər Mehdiyev və Talıb Əlixanbəyov, itirən isə Azərbaycan dövlətinin büdcəsi olur.
Digər bir vacib məsələni də qeyd edək.
Deməli, ölkə başçısının birbaşa göstərişi ilə ölkədən valyuta axınının qarşısını almaq üçün Maliyyə Bazarlarına Nəzarət Palatası ATEF Şirkətlər Qrupu Məhdud Məsuliyyətli Cəmiyyətini ciddi çəkildə yoxlayıb. Və məlum olub ki, şirkət böyük məbləğdə valyutanı ölkədən çıxarıb. Yəni avans yolu ilə ölkədən çıxarılmış valyutanın əvəzində ölkəyə heç nə idxal olunmayıb. Bu maxinasiyalar ATEF-də hər zaman olub.
Şirkətdə daha bir ciddi qanunsuzluq baş verir.
İşçilərlə əmək müqaviləsi bağlanılmır, ya da iş müddəti az göstərilir, ancaq işçilər daha çox işlədilir. İşçilərə məzuniyyət pulu verilmir, əmək hüquqları kobud şəkildə pozulur.
Bütün bunlar azmış kimi, indi də bəlli olub ki, ATEF-in şefi Talıb Əlixanbəyova 37 min avro atıblar.
Bir sözlə, o boyda zavodların işlədiyi şirkətlər qrupunda qanunsuzluqlar baş alıb gedir. Görəsən, hüquq-mühafizə orqanları, İqtisadiyyat Nazirliyi, Vergilər Xidməti hara baxır ?
İndi də İşğaldan azad olunmuş Qarabağın ərazisinin transfarmatorla təmin olunması “ATEF”ə həvalə olunub. Həə, işlər düzəldi.
Şirkətlə bağlı araşdırmamız davam edir.

gundelik baki

Şərhlər

XƏBƏR LENTİ