Əli Həsənovun ətrafı niyə dönük çıxdı? - “Onları cinayət əlaqələri bağlayırdı“
Azərbaycanda vəzifədən çıxan adamların ətrafı dərhal “buxarlanır”. Onların komandası tez dağılır, vaxtilə sədaqətdən, vəfadan danışan adamlar başqa cinahlarda özlərinə mövqe tutmağa çalışırlar. Bunu Prezidentin köməkçisi Əli Həsənovun timsalında növbəti dəfə bunun şahid olduq.
Maraqlıdır, ictimai-siyasi sektorda təmsil olunan adamlar mövqelərini niyə belə tez dəyişirlər?
Məsələ ilə bağlı Yenisabah.az-ın suallarını cavablayan Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev bildirib ki, hakimiyyətdə olan şəxslərin ətrafındakılar ona mənəvi və ideoloji baxımdan bağlı olmurlar.
Partiya sədrinin sözlərinə görə, onları koorporativ maraqlar bir araya gətirir:
“Bilirsiniz, hakimiyyət komandasının ideoloji birliyi olmadığı üçün bu komandanın ətrafında hər hansı hadisə baş verən kimi ətrafdakılar qaçır gedir, bir növ “buxarlanır”. Çünki əksəriyyəti bir-birinə cinayət telləri ilə bağlıdır. Onların maliyyə əlaqələri və bağlılıqları var. Onların bundan başqa hansısa mənəvi, yaxud ideoloji bağlılıqları mövcud deyil. Ona görə də əgər kimsə vəzifədə varsa, həmin şəxs əhəmiyyətlidir, yoxdursa, heç kəsə lazım deyil. Ümumiyyətlə, bu hakimiyyətin xarakteridir ki, cəmiyyətdə marağı önə çəkib, dəyərlər sistemini məhv edib, aşındırıb. Ona görə də bu gün hakimiyyətdə olan adam bu gün varsa, ətrafı da var. Hakimiyyətdə yoxdursa, heç kəsi də yoxdur. Bunu sizlər də bu gün müşahidə edirsiniz”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək