Prezidentin vəzifədən azad etdiyi məmur haqda maraqlı faktlar
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Ramiz Həsənovun Azərbaycan Respublikası xarici işlər nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Xatırladaq ki, R. Həsənov Azərbaycan ictimaiyyətinə uzun illərdir ki, tanışdır. Sonuncu dəfə o, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Xarici İşlər Nazirliyində (XİN) keçirdiyi əməliyyatda gündəmə gəlmişdi.
Qeyd edək ki, həmin əməliyyat nəticəsində XİN-in İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev saxlanılmışdı. Onlar vəzifə səlahiyyətlərindən sui-istifadədə, mənimsəmədə və rüşvət almaqda ittiham edilərək barələrində həbs-qətimkan tədbiri seçilmişdi.
Daha sonra isə istintaqın gedişində Xarici İşlər nazirinin iki müavini - Ramiz Həsənov və Nadir Hüseynovun DTX-ya çağırılaraq saatlarla ifadə verdikləri haqda məlumat yayıldı.
Ramiz Həsənov 2004-cü ilə Azərbaycanın Gürcüstandakı səfiri olub. 2005-ci ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin Baş direktoru vəzifəsinə təyin edilib. 2008-ci ildə agentlik komitəyə çevrilib və Ramiz Həsənov 2018-ci ilə qədər komitə sədri kimi fəaliyyət göstərib. 2018-ci ildə Xarici İşlər nazirinin müavini təyin olunub.
Qeyd edək ki, prezidentin bu gün imzaladığı digər sərəncamla R. Həsənov Azərbaycan Respublikasının İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Pia.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...