SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » "Azərsu”da klanların mübarizəsi yenidən alovlandı

"Azərsu”da klanların mübarizəsi yenidən alovlandı

Tarix:

19-04-2021, 10:01

/ 2 024 dəfə oxundu.
"Azərsu”da klanların mübarizəsi yenidən alovlandı

Hələ bir neçə il əvvəl dövrü mətbuatda “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynovun tabeçiliyində çalışan,müxtəlif vəzifələr tutan bir qrub naxçıvanlı ilə bacara bilməməsi barədə məlumatlar yayılmışdı. Sözügedən məlumatlarda naxçıvanlıların subpodratçı şirkətlərinin tenderlərdən uzaqlaşdırılması və onların nəzarətində olan şirkətlərə sifarişlərin demək olar ki, verilməməsi Naxçıvan qruplaşmasını da sədrə qarşı əks tədbirlər həyata keçirməyə məcbur edib. Belə ki, Qorxmaz Hüseynovun böyük layihələri və pullu işləri yaxın qohumlarına, xüsusən də Yusufəli adlı qardaşı oğluna həvalə etməsi Naxçıvan qruplaşmasının qəzəbinə səbəb olub və onlar da sədr haqqında məlumatları öz kanalları ilə mətbuata sızdırıblar. O dövrdə yayılan məlumatlarda naxçıvanlıların bu kimi  təzyiqlərlə istəklərinə çatdıqları, yenidən bir çox layihələrdə yer almaları bildirilirdi. Bəs indi nələr baş verir?
Aktualinfo.org-a verilən ən son məlumatlara görə “Azərsu” ASC-də vəziyyət yenidən nəzarətdən çıxıb. Belə ki,uzun müddətdir Naxçıvan qruplaşmasından qurtulmaq üçün baş sındıran Qorxmaz Hüseynov nəhayət bü günlərdə struktur dəyişikliyi adı altında qurumun bir neçə departamentinin yenidən təşkilini həyata keçirib. Bu qurumlar arasında Müştəri xidmətləri departamenti və Satınalmaların təşkili və idarə olunması departamentləri də olub. Adıçəkilən Departamentlər yenidən təşkil olunduqdan sonra Müştəri xidmətləri departamentinin rəisi Əbülfəz Kərimzadə və Satınalmaların təşkili və idarə olunması departamentinin rəisi Qabil Kərimov başqaları ilə əvəzlənib. Nəticədə artıq bu gündən Qorxmaz Hüseynovun qohumları və yaxınları ilə naxçıvanlıların mübarizəsi yenidən alovlanıb.
Xatırladaq ki, “Azərsu” ASC  Satınalmaların təşkili və idarə olunması departamentinin rəisi olmuş Qabil Kərimov Salyan rayonu İcra Hakimiyətinin başçısı,”gül çələngi” olaylarından sonra vəzifəsini itirmiş Tahir Kərimovun qardaşıdır.Qeyd edək ki,Tahir Kərimov icra başçısı kreslosuna ilk dəfə Daşkəsən rayon İcra Hakimiyyətində oturmuşdu, daha əvvəllər isə “Caspian Fish Co. Azerbaijan” – şirkətinin direktoru olub və “Azərsu” ASC də vəzifə tutmağa çan atırmış.
Qeyd edək ki,hazırda “Azərsu” Açıq Səhmdar Cəmiyyətində,kabinetlərdə ancaq “Naxçıvan” və “Cəbrayıl” klanlarının mübarizəsi müzakirə olunur.Məlumatlara görə Qabil Kərimov və Əbülfəz Kərimzadədən başqa bir naxçıvanlı da vəzifəsini itirib.Onun kimli tərəfimizdən dəqiqləşdirilir. Mövzuya daha ətraflı yaxın günlərdə bir daha qayıdacağıq.
 
Aktualinfo.org

Şərhlər

XƏBƏR LENTİ