XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » Şəmkirdə sahibkar fəhləni niyə güllələdi? — ŞOK TƏFƏRRÜAT

Şəmkirdə sahibkar fəhləni niyə güllələdi? — ŞOK TƏFƏRRÜAT

Şəmkirdə sahibkar fəhləni niyə güllələdi? — ŞOK TƏFƏRRÜAT
14-04-2021, 11:42

Şəmkir rayonunda həmkəndlisini öldürməyə cəhd etməkdə ittiham olunan 1983-cü il təvəllüdlü Famil Muradovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Famil Muradov həmkəndlisi Asif Muradovun ona məxsus göldən balıq tutaraq satması ilə əlaqədar şəxsi münasibətlər zəminində aralarında mübahisə yaranıb.

Mübahisə zamanı Asif Muradov Famil Muradovu taxta parçası ilə döyərək, onun sağlamlığına yüngül zərər vuran xəsarətlər yetirib. Bununla bağlı Şəmkir rayon polis şöbəsində aparılmış müvafiq araşdırmalar nəticəsində Cinayət Məcəlləsinin 128-ci maddəsilə olan sadələşdirilmiş icraata xitam verildikdən sonra Asif Muradov ondan üzr istəməyib.

Silahlı cinayət

Bundan əsəbiləşən Famil Muradov qisas almaq qərarına gəlib. O, sərxoş vəziyyətdə idarə etdiyi “VAZ 21214” markalı avtomobil ilə yaşadığı evə gedərkən Asif Muradovun Dəllər-Cırdaxan kəndinin mərkəzində yerləşən “Şəhidlər Xiyabanı”nın ərazisində olan çayxananın qarşısında olduğunu görüb.

Famil Muradov avtomobildə saxladığı, mərhum babasından qalan ov tüfəngindən Asif Muradova tərəf atəş açıb.

Həmin vaxt Asif xəsarət aldığı yerdən təxminən 10-15 metr məsafə gedərək təpənin üzərində üzü-üstə yerə yıxılıb. Famil onun arxasınca gəlib və tüfəngin qundağı ilə onun kürək nahiyəsindən vurmaq istəyərkən barmağı tətikdə olduğundan patron qabında olan ikinci patron göyə açılıb.

Həmin vaxt oğlu Turqay və həmkəndliləri oraya gəldiyindən, həmçinin silahda olan patronun da göyə açıldığından və üzərində patron olmadığından Asifi həyatdan məhrum etməkdən ibarət niyyətini başa çatdıra bilməyib.

Bundan sonra Asif Muradov vaxtında Şəmkir rayon Мərkəzi Xəstəxanasına çatdırılıb. Ona göstərilən tibbi yardım nəticəsində həyatı xilas olunub.

İstintaq orqanı tərəfindən Famil Muradovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

“Guya məni “sındırdıqlarını” dedilər”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Famil Muradov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, həmkəndlisi Asif ilə əvvəllər aralarında narazılıq olub: “Asif əvvəllər mənə məxsus balıq gölündə günəmuzd fəhlə işləyib. Yaşadığım kənddə Anar adlı şəxsə məxsus yeməkxanada yemək yeyərkən, Elməddin adlı işçisi yanıma gəldi. Bildirdi ki, Asif mənə məxsus balıqları xəbərsiz göldən götürərək həmin kafeyə satıb. Bunu yoxladıqda həqiqətən Asifin göldən tutduğu balıqları həmin kafeyə satmasını gördüm. Buna görə Asifə irad bildirən zaman aramızda mübahisə yarandı. Mübahisə zamanı Asif və onun qardaşı Arzu mənə döyərək xəsarət yetirdilər. Hadisə nəticəsində başımda iki yerdə 9 santımetr tikiş qaldı. Həmin hadisə ilə bağlı Şəmkir rayon polis şöbəsində araşdırma aparıldı. Araşdırma zamanı Asif məndən üzr istəyəcəyini bildirdi. Bu səbəbdən də onunla barışdım və araşdırma qurtardı. Amma Asif məndən üzr istəmədi. Əksinə kənd sakinləri arasında haqqımda xoşagəlməyən sözlər danışmağa başladı. Guya məni “sındırdıqlarını” dedilər. Asifin bu tipli sözləri xətrimə dəydi. Onun bu hərəkətləri məndə qisas hissi yaratmağa başladı. Buna görə də planlaşdırdım ki, onu harda görsəm döyəcəm və ya xəsarət yetirəcəm”.

“Çobanlarımıza köməklik etdim”

Famil Muradovun sözlərinə görə, özünə məxsus "Niva 21214" markalı avtomaşınla fermaya gedib: “Həmçinin oğlum Turqay da avtomobildə əyləşmişdi. Fermaya gedərkən, adətən özüm ilə evdə saxladığı mərhum babamdan qalmış qoşalüləli 16 kalibrli öv tüfəngini özüm ilə aparmışam. Həmin vaxt tüfəngin içərisində iki ədəd patron olub. Bundan əlavə üzərimdə patron olmayıb. Fermaya gələndən sonra orada təxminən 1 saat müddətində çobanlarımız Raminə və Allahverdiyə köməklik etdim. Oğlum Turqay ilə avtomaşına əyləşdik, yaşadığım evə getməyə başladım. Kəndin mərkəzində "Şəhidlər Xiyabanının qarşısına çatdıq və orada olan avtomobil yolu ilə yaşadığım ev istiqamətində hərəkətinə davam edərkən, həmkəndlim Nizamiyə məxsus çayxananın qarşısında Asifin həmkəndlilərimiz Qulu, Əbi və Səyyad ilə dayanaraq söhbət etməsini gördüm. Asifdən məni bir neçə ay əvvəl döyməsinə görə qisas almaq niyyəti ilə avtomobilimi gəldiyim istiqamətdə yolun sol ehtiyat hissəsinə sürərək saxladım ki, avtomobilində olan tüfənglə ona atəş açaraq xəsarət yetirim. Həmin vaxt avtomobili Asifgil istiqamətdə saxladım. Asif üzü mənə tərəf olmaqla dəmir çəpərin arxasında dayanmışdı”.

“Təpəlik hissəyə tərəf qaçmağa başladı”

Famil Muradov bildirib ki, Asifin yanında olan adamlara salam verib: “Avtomobilimdə olan qoşalüləli ov tüfəngini əlinə götürərək, lüləlisini sol tərəf pəncərədən çıxardım və Asifi nişan almaqla ona tərəf tuşladım. Bu vaxt Asif ona tərəf silah tuşlandığımı gördü və cəld hərəkətlə dönərək xiyabanın ərazisində olan ağаclıq sahəyə tərəf qaçmağa başladığı an bir dəfə atəş açdım. Tüfəngin patronunda olan qırmalar onun arxa nahiyəsinə dəydi, zərbənin təsirindən Asif axsamağa başladı və axsaya-axsaya çayxananın arxa tərəfində yerləşən təpəlik hissəyə tərəf qaçmağa başladı”.

“Oradan getməyimi bildirdi”

Famil Muradovun ifadəsinə görə, Asifə xəsarət yetirdiyini görüb və tüfəngi əlinə alaraq maşından düşüb: “Asifin arxasınca getdim. Həmin vaxt tüfəngdə bir patron qalmışdı, üzərimdə əlavə patron olmamışdı. Həmin vaxt Asif xəsarət aldığı yerdən təxminən 15-20 metr məsafə qət etdi və təpənin üzərində üzü üstə yerə yıxıldı. Sol əlimdə tutduğum tüfəngin qundağı ilə onun kürək nahiyəsindən vurmaq istəyərkən barmağım tətikdə olduğundan patron qabında olan ikinci patron göyə açıldı. Bu vaxt oğlum Turqay yanıma gəldi və tüfəngi yerə tulladım. Dedim ki, tüfəngi götürüb evə aparsın. Sonra Asifi həkimə aparmağı təklif etdim. Lakin Asif mənimlə getmək istəmədi. Həmin vaxt həmkəndlimiz Elşən Mirzə oğlu yanıma gəldi. Mənə oradan getməyimi bildirdi”.

“Etiraf etdim”

Təqsirləndirilən şəxs bildirib ki, Asifi orada qoyaraq piyada yaşadığı evə tərəf getməyə başlayıb: “Evə çatmağa təxminən 200-300 metr məsafə qalmış oğlum Turqayın velosipedlə mənə tərəf gəlməsini gördüm. Ona "get avtomobili sür yanıma gətir" dedim. Turqay maşından düşdü və mən avtomaşınla təslim olmaq üçün Şəmkir rayon polis şöbəsinə gedərkən yolda polis əməkdaşları məni saxladılar. Bundan sonra polis əməkdaşlarına hadisə törətdiyim yeri göstərdim və iştirakım ilə hadisə yerinə baxış keçirilərkən törətdiyim əməli etiraf etdim”.

“Özümə kirvə tutdum”

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Asif Muradov bildirib ki, əvvəllər Familə məxsus Kür çayı sahilində yerləşən balıq gölündə balıqçılıqla məşğul olub və buna görə ondan pul alıb: “2019-cu ilin noyabrında oğlum Məmmədəlinin kiçik toy məclisini təşkil etmək üçün Famili özümə kirvə tutdum və məclis təşkil etmək istədim. Həmin ərəfədə Familin Elməddin adlı işçisi mənə şər atdı. Familə dedi ki, guya ona məxsus balıqları ondan xəbərsiz göldən tutaraq kiməsə satıram”.

“Məsələ polisdə bağlandı”

Asif Muradovun sözlərinə görə, 2019-cu ildə Dəllər-Cırdaxan kəndində yerləşən Anar adlı şəxsə məxsus yeməkxanada Familə məxsus balıqları bişirtdirmək istəməsinə görə aralarında mübahisə baş verib: “Mübahisə zamanı taxta parçası ilə Famili vuraraq ona xəsarət yetirdim. Həmin hadisə ilə bağlı Şəmkir rayon polis şöbəsində araşdırma aparıldı. Araşdırma zamanı Famildən üzrxahlıq etdim və aramızda olan məsələ polisdə bağlandı”.

Asif Muradov daha sonra ifadəsində silahlı insident hadisəsindən danışıb. O, Famil Muradovla barışdığını, ondan şikayətçi olmadığını deyib.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Xəqani Səmədovun sədrlik etdiyi kollegiyada baxılıb.

Famil Muradov 9 il müddətinə azadlıqdan məhrum edilib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.