SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » İqbal Məmmədovu Rafael Cəbrayılovun aqibəti gözləyə bilər?.. - AÇIQLAMA

İqbal Məmmədovu Rafael Cəbrayılovun aqibəti gözləyə bilər?.. - AÇIQLAMA

Tarix:

14-04-2021, 10:53

/ 502 dəfə oxundu.
İqbal Məmmədovu Rafael Cəbrayılovun aqibəti gözləyə bilər?.. - AÇIQLAMA

"Kapital Bank” ASC deputat İqbal Məmmədov və qardaşı Çingiz Məmmədovu məhkəməyə verib. Deputat və qardaşının məhkəməyə verilməsinin səbəbi isə kredit müqaviləsi üzrə mübahisələrdir.

Qeyd edək ki, iş hazırda məhkəmədədir. Maraqlıdır ki, İqbal Məmmədovu da Rafael Cəbrayılovun aqibəti gözləyə bilərmi?

Sabiq deputat, hüquqşünas Çingiz Qənizadə məsələ ilə bağlı Modern.az-a danışıb. O, bankın kreditora qarşı iddiasının mülki məsələ olduğunu vurğulayıb:

“Bu mübahisə mülki olduğuna görə hesab edirəm ki, kriminallaşdırmaq lazım deyil. Rafael Cəbrayılov insanlardan pul almışdı və geri qaytarmırdı artıq bu kriminal xarakterli məsələ hesab edilirdi. O, deputat mandatını girov qoymuşdu, amma borc öhdəliyinə yenə də əməl etməmişdi. Sonda da həbs olundu.

İqbal Məmmədovla bağlı açıqlama isə bununla eyni deyil. Hər kəs öz əməlinə görə məsuliyyət daşıyır. Kredit İqbal Məmmədovun oğlunun adına olsa belə, o buna görə məsuliyyət daşıya bilməz. İqbal Məmmədov olduqca normal, sadə, dövlətə, hüquqa hörmət edən şəxsdir. Ola bilər ki, hansısa məsələ ilə bağlı bankla arasında müəyyən gərginlik var. Bu hadisənin səbəbləri araşdırılmalıdır. Hər kredit alan millət vəkilini kreditin gecikməsinə görə iddiham etmək olmaz. Rafael Cəbrayılovla İqbal Məmmədovun üzləşdiyi problem tamamilə fərqlidir.

Bu problem mülki xarakterlidir həbs məsələsi ola bilməz. İqbal Məmmədov YAP-ı təmsil edən deputatdır. Qanunazidd davranışı olsa, partiyada, parlamentin İntizam komissiyasında müzakirə ediləcək. Bu prosedurlar olmadan məsələ haqqında başqa fikir bildirmək olmaz”.

Şərhlər

XƏBƏR LENTİ