XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » Əli Həsənovun HÖKMÜ VƏ HİKKƏSİ... necə qüvvədə qalır?.. - Onun PA-da "yadigarı" var...

Əli Həsənovun HÖKMÜ VƏ HİKKƏSİ... necə qüvvədə qalır?.. - Onun PA-da "yadigarı" var...

Əli Həsənovun HÖKMÜ VƏ HİKKƏSİ... necə qüvvədə qalır?.. - Onun PA-da "yadigarı" var...
13-04-2021, 13:11

Yenə də bir qrup jurnalist Azərbaycanın işğaldan azad edilmiş rayonlarına səfərə aparılır. Bu dəfəki fotossesiyanın – bu ifadəni təsadüfən işlətmirəm – ünvanı Qubadlı və Cəbrayıl rayonlarıdır.
Ötən yazımda media mənsublarının işğaldan azad edilmiş rayonlara səfərində ayrı-seçkiliyə yol verildiyindən yazmışdım. Söhbət Ağdam və Zəngilan səfərlərindən gedir. Təkcə mənim deyil, bir çox həmkarımın narazılığına səbəb olan bu səfərlərin təşkilatçısının Prezident Admnistrasiyası olduğunu qeyd etmişdim. Ayrı-seçkiliyi məhz bu qurum edir. Daha doğrusu, Prezident Admnistrasiyasının ictimai-siyasi şöbəsinin sektor müdiri Vüqar Əliyev.
Vüqar Əliyev media camesinə yaxşı tanışdır.

Vaxtilə Əli Həsənovun köməkçisi kimi mətbuatı idarə edib, baş redaktorlara direktivlər göndərib, sözə baxmayanları hədələyib, sıradan çıxarmağa çalışıb. Bir sözlə, Əli Həsənovun Azərbaycan mediasını rəzi günə qoymasına çox böyük töhfələr verib.
Vüqar Əliyev indi də köhnə şakərindən əl çəkmir. Yenə də onun maraqlarına cavab verməyən media qurumları və rəhbərləri tədbirlərdən, səfərlərdən kənarda saxlanılır. Əvəzində vaxtilə, Əli Həsənovun media şəbəkəsinə daxil olan jurnalistlər önə çəkilir. İşğaldan azad edilmiş rayonlara təşkil olunan səfərlərdəki kimi.
Hələ ilk səfərdə – jurnalistlər Ağdama aparılanda xeyli narazılıqlar olmuşdu. Narazılığın əsas səbəbi İkinci Qarabağ savaşı zamanı öndə olan jurnalistlərdən bir çoxunun heyətə salınmaması idi. Ölkənin müxtəlif bölgələrinə gedib şəhid ailələri, Qarabağ qaziləri ilə görüşərək onların üzləşdiyi problemləri işıqlandıran jurnalistlər də unudulmalarından gileylənirdilər.
İkinci Qarabağ savaşı zamanı bir jurnalist kimi öndə olsam da, müharibənin acı nəticələri, şəhid ailələri, Qarabağ qaziləri ilə bağlı çoxsaylı reportajlar hazırlasam da, işğaldan azad edilmiş rayonlara təşkil olunan səfərlərdə yer almamağı faciə hesab etmirəm. Sadəcə məni təəccübləndirən və etirazıma səbəb olan məsələ hər şeyin yenə də Əli Həsənovun dövründəki kimi olmasıdır.
Əli Həsənov görəvindən uzaqlaşdırılanda və beləliklə də əli mətbuatın üzərindən çəkiləndən sonra çoxları düşünürdü ki, nəhayət, mediada ciddi dəyişikliklər olacaq. Olmadı. Əksinə, yenə də mediada sanki Əli Həsənov rüzgarı əsir. Əgər hər yerdə vaxtilə onun nəzarətində olan jurnalistlər boy verirsə, deməli, media sahəsində müsbətə doğru dəyişikliklərə ümid etmək əbəsdir.
Mənim üçün maraqlı olan məqamlardan biri də Prezidentin köməkçisi Hikmət Hacıyevin həsənovsayağı fəaliyyətidir. Vüqar Əliyevi başa düşürük.Köhnə dostlarını də düşmənlərini unutmur. Bəs Hikmət Hacıyev? Vüqar Əliyevin tərtib etdiyi siyahını, bu səfərlərə haqqı olan jurnalistlərin kənarda saxlanılmasını səbəblərini araşdırmaq məgər o qədərmi çətindir? Hikmət Hacıyev bu narazılıqlardan məlumatsız ola bilməz. Çünki elə ilk səfər zamanı sosial şəbəkələrdə və digər internet platformalarında bu barədə yazılıb. Amma nə hikmətdirsə, Prezidentin köməkçisi susur. Biz isə susmayacağıq!


REPORTYOR.info

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.