Azərbaycanda şirkətlərdə işçilərin şəxsiyyət vəsiqələri toplanır - SƏBƏB
- 2-04-2021, 12:22
- 661
"Axar.az"a istinadən xəbər veririk ki, buna səbəb son günlər koronavirusa yoluxmada müşahidə olunan kəskin artım və bunun yaratdığı "karantin təhlükəsi"dir.
Belə ki, artıq bəzi şirkətlər aprelin 5-dən SMS-icazə tətbiq ediləcəyi ilə bağlı işçilərinə xəbərdarlıq ediblər. Hətta onlar portalda qeydiyyatdan keçmək etmək üçün əməkdaşların şəxsiyyət vəsiqələrini yığmağa başlayıblar.
Qeyd edək ki, Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeronda 5 apreldən əyani tədrisin dayandırılacağı rəsmən açıqlanıb.