XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » FHN şefindən ərəblərə ŞİKAYƏT OLUNDU - "Əziz ərəblər!.."

FHN şefindən ərəblərə ŞİKAYƏT OLUNDU - "Əziz ərəblər!.."

FHN şefindən ərəblərə ŞİKAYƏT OLUNDU - "Əziz ərəblər!.."
30-03-2021, 08:46

Lerik rayonu Piran kənd sakini Bayramov Altay Ərəstun oğlu ərəb turistlərə videomüraciət ünvanlayıb.

AFN-ə göndərdiyi videoda kənd sakini bildirir ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ölkəmizə gələn ərəb dostları Lerikə ova gəlsələr razı qalarlar: "Əziz ərəblər! Bizdə ov üçün hər cür şərait var. Bura gəlin, həm də burdakı vəziyyətdən xəbəriniz olsun. 2018-ci ilin noyabrında bura yağan intensiv yağışlar nəticəsində bizim evin yanında güclü sürüşmə baş verdi. Bununla bağlı FHN-ə müraciət etmişik, məlumatları var. Hadisədən 1 il sonra 2019-cu ildə bizə bildiriblər ki, evimiz təmirə düşür. Ötən dövr ərzində isə heç bir iş görməyiblər. Biz onlara o qədər məktub yazmışıq ki, o məktubları evimizdən sürüşmə ərazisinədək düzsək, çatar da, artıq da qalar.
Əziz ərəblər, sizdən bir xahişimiz də var: gələndə çadırlarınızı da gətirin, Kəmaləddin müəllim bizə ev tikməsə quraq orda yaşayaq".
Ətraflı aşağıdakı videoda:

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.