Cahangir Əsgərov Londondakı şirkətinin adını dəyişdi - İZ AZDIRIR?
AZAL prezidenti Cahangir Əsgərovun ailəsi Londondakı şirkətləri ilə bağlı şübhəli ad dəyişiklikləri aparıblar. JAMAZ.İNFO xəbər verir ki, bu barədə tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.
O bildirib ki, bu addım daha çox yerdəyişməyə oxşayır. “Belə demək mümkünsə Əlinin adını Vəliyə, Vəlinin adını Əliyə veriblər. Söhbət ilk növbədə 31 milyon funt sterlinqdən (75 milyon manat) artıq aktivləri olan GAZELLI ART HOUSE LIMITED-dən gedir. Şirkətin təsisçisi – Cahangir Əsgərovun qızı Məlahət Əsgərovanın Britaniya Şirkətlər Evinə müraciətinə əsasən bu il fevralın 9-da GAZELLI ART HOUSE LIMITED-in adı MRCR ART LIMITED olaraq rəsmiləşdirilib. Halbuki elə bu ilin yanvarında Məlahət Əsgərova MRCR ART LIMITED adı ilə Londonda başqa bir şirkət təsis etmişdi. Bu şirkətin adı isə GAZELLI ART HOUSE LIMITED (!) olaraq dəyişdirilib”.
Araşdırmaçı jurnalist hesab edir ki bu sadə hoqqabazlıq deyil. “İki şirkətin adında dəyişikliklər rakirovkadırmı, yoxsa maskirovkamı bəlli deyil. Bəlkə öz ağıllarına görə iz qarışdırırlar”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...