XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » Rəşad Nəbiyevin mübhəm intriqantlığı... - İDDİA

Rəşad Nəbiyevin mübhəm intriqantlığı... - İDDİA

Rəşad Nəbiyevin mübhəm intriqantlığı... - İDDİA
16-03-2021, 10:16

Əlbəttə, büdcə xərclərini azaltmaq, idarəetməni optimallaşdırmaq üçün müxtəlif qurumların bir nazirlikdə, yaxud komitədə birləşdirilməsi vacibdir. Amma bunun da bir ölçüsü, dərəcəsi, əndazəsi olmalıdır. Əks halda gözlənilən effekt alınmır və əksi baş verir.
Haradasa, bir saat vaxtımı sərf edib, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturu ilə tanış oldum.
Təsəvvür edirsiniz, bir neçə nazirliyi, dövlət agentliyini, dövlət xidmətini, tədqiqat mərkəzlərini və daha nələri bir ad altında birləşdiriblər.
Birincisi, bu boyda nazirlik adı olar ?
İkincisi, nazirliyin tərkibindəki qurumların az bir hissəsinə nəzər salaq:
Dövlət Avtomobil Nəqliyyatı Xidməti, Dövlət Dəniz Agentliyi, Dövlət Mülki Aviasiya Agentliyi, Elektron Təhlükəsizlik Xidməti və Bakı Telefon Rabitəsi MMC, Azərpoçt MMC, Hərbiləşdirilmiş Mühafizə İdarəsi MMC, Peyk Rabitəsi Birliyi, Nüvə Tədqiqatları Mərkəzi və.s və.i və daha nələr.
Axı, peyk rabitəsi ilə sərnişin daşımanı, yaxud nüvə-atom mərkəzi ilə poçt idarəsini necə birləşdirmək olar ?
Və ən əsası bunu necə idarə etmək olar ?
Bunun bariz nümunəsini sabiq nazir Ramin Quluzadənin timsalında gördük.
Təsəvvür edirsiniz, külək əsəndə ölkədə internet kəsilir. Bu azmış kimi internetin sürəti isə ruslar demiş, ''tısbağa kimi sürünür”.
Budurmu, optimal idarəetmə ?
Daha bir misal. Bakıdan göndərilən məktub rayona 20 günə gedib çatır.
Məhkəmə müddətlərinin keçməsi, vətəndaşın apelyasiya şikayəti verə bilməməsi üçün poçt idarələri ilə bazarlıq açmaq modern idarəetmədir ?
Hansını deyək ?
Sərnişin, taksi xidmətləri paytaxt Bakıda hansı rəzil durumdadır?
Bütün şəhərdə səhərdən axşama kimi “Masazırrr....Maştağaaa...Zabrattt...” qışqırtısını eşitməkdən bezmişik. Bunu görən, eşidən əcnəbilər nə düşünür..
Nazirliyin tabeçiliyində Dövlət Mülki Aviasiya Agentliyi fəaliyyət göstərir.
Haçan bircə dəfə nazir, yaxud nazirliyin rəhbərliyi AZAL prezidenti Cahangir Əsgərova gözün üstə qaşın var deyə bilib ?
Təsəvvür edirsiniz Milli Məclisdə deputatlar hay salır ki, AZAL-da qiymətlər qonşu dövlətlərdən az qala 4-5 dəfə bahadır. AZAL-dan qaçanlar qonşu Gürcüstan vasitəsilə xaricə uçurlar və bizim pullarımız Gürcüstanın büdcəsinə axır.
Bəs cənab nazir niyə səsini çıxartmır ?
Cənab nazir ancaq düşüb Dövlət Dəniz Agentliyinin üzərinə.
Nazirin tənqid obyekti ancaq və ancaq Dövlət Dəniz Agentliyidir, Dövlət Dəniz Agentliyinin direktoru da Qüdrət Qurbanovdur.
Axı, Dövlət Dəniz Agentliyinə aid olan dəniz limanlarımız normal fəaliyyət göstərir, gəmilərimiz neft daşımalarını uğurla həyata keçirir və s.
Bəs belə olan halda görəsən təzə nazir Rəşad Nəbiyevin iradlarının və tənqidlərinin səbəbi, məqsədi nədir ?
Bircə kərə də eyni sözləri AZAL prezidenti Cahangir Əsgərov haqqında de də...
Deyə bilərsənmi ?
Cənab nazir !
Sələfiniz Ramin Quluzadə nazirlikdə islahatlar aparmaq əvəzinə “məsti-xumar” oxuyurdu, nazirlikdə “saçyoldu” məsələsi medianın gündəmini zəbt etmişdi.
İndi Siz nazir təyin olunmusunuz. Çox gözəl. Preizdentin sərəncamı müzakirə olunmur. Ancaq siz də qurumda islahatlar aparmaq, ciddi müsbət addımlar atmaq əvəzinə, nə edirsiniz baş açmaq olmur.
Hər yerdə özünüz barədə “Üç universitet” bitirən nazir reklamı yaydırırsınız. Sizin bitirdiyiniz Karolina, Harvard universitetlərində oxumaq üçün külli miqdarda təhsil haqqı lazım idi. Sizin şansınız olub qaz idarəsinin, icra başçısının müavininin oğlu və üstəlik iş adamı “Çörək Tofiqin” kürəkənisiz.
Çox gözəl. Bu yerdə məşhur “Həsənağanın qohumu” yada düşür.
İndi 3 universitet bitirmisən, neyləyək..?
Nazirlikdə ciddi islahatlar aparılmalıdır, cənab Rəşad Nəbiyev. Əks halda sizi də tezliklə Ramin Quluzadənin aqibəti gözləyir. //gundelik-baku.com//

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.