Barəsində cinayət işi açılan sabiq bələdiyyə sədri məhkəmə QARŞISINDA
- 12-03-2021, 11:06
- 903
Baxılması üçün İsmayıllı rayon məhkəməsinə göndərilən iş hakim İlqar Hüseynovun icraatına verilib.
Ə.Çələbiyev inzibati xətalar məcəlləsinin 460-cı (vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) maddəsi ilə təqsirli bilinir.
Qeyd edək ki, onun barəsində daha öncə 2016-2020-ci illər ərzində bələdiyyə sədri vəzifəsində işləyən zaman bələdiyyəyə məxsus 65 hektar torpaq sahəsini yalan məlumatlar daxil etməklə tərtib etdiyi icarə müqaviləsi əsasında 3 il müddətinə Əflatun Həsənova verdiyinə görə Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə cinayət işi başlanılmışdı.