XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » Nəcməddin Sadıqovun keçmiş yavəri niyə işdən çıxarılıb?

Nəcməddin Sadıqovun keçmiş yavəri niyə işdən çıxarılıb?

Nəcməddin Sadıqovun keçmiş yavəri niyə işdən çıxarılıb?
11-03-2021, 16:20

Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun (MOİK) rəisi polkovnik Elxan Məcidovun işdən çıxarılması barədə xəbər bu gün yayılsa da, o təxminən bir ay əvvəl vəzifəsindən azad edilib.

Hit.az-a daxil olan məlumatlarda bildirilir ki, Elxan Məcidov Azərbaycan Silahlı Qüvəlləri Baş Qərargahının keçmiş rəisi Nəcməddin Sadıqova yaxın şəxs kimi tanınır. O, bir müddət Nəcməddin Sadlqovun yavəri olub. Daha sonra Müdafiə Nazirliyi Maddi Texniki Təminat Baş İdarəsinin planlaşdırma şöbəsinin rəisi vəzifəsinə təyin edilib. Etimadı doğrultmadığından bir müddət sonra tutduğu vəzifədən azad edilib. Lakin işsiz qalmayıb. Nəcməddin Sadıqovun dəstəyilə MOİK-in rəisi vəzifəsinə təyinat alıb. Nəcməddin Sadıqov işdən çıxarılandan az sonra isə vəzifəsini itirib.

İddialara görə, Elxan Məcidovun işdən çıxarılması yalnız Nəcməddin Sadıqova yaxın şəxs olması ilə bağlı deyil. Əsas səbəblər onun bir kadr kimi potensialının kifayət qədər aşağı olması və mənfi reputasiyası ilə tanınmasıdır.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.