XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » Rövşən Rzayev İTTİHAM OLUNUR... - məcburi köçkünə 5 min manat "atıb"

Rövşən Rzayev İTTİHAM OLUNUR... - məcburi köçkünə 5 min manat "atıb"

Rövşən Rzayev İTTİHAM OLUNUR... - məcburi köçkünə 5 min manat "atıb"
11-03-2021, 10:20

Çoxları düşünür ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuz torpaqlarımızı işğaldan azad elədi və... qaçqın və məcburi köçkün problemi bitdi.
Əsla, belə deyil. Bu problem hələ uzun illər davam edəcək. Ona görə də, bu problemləri həmişə ictimailəşdirməli və həllinə nail olmalıyıq.
Çünki hələ çoxları qaçqın və məcburi köçkün məsələsindən milyonlar qazanmaq, villa, mülk sahibi olmaq, ofşor zonalara milyonlar köçürmək və daha nələr, onlar hələ hansı xülyalar içərisindədir.
Nə qədər acı olsa da etiraf etməliyik ki, yerindən-yurdundan didərgin düşən, evini-eşiyini itirən, övladları şəhid olan məcburi köçkünlərin hesabına kimlərsə milyonçu oldu. Yəni xalqın faciəsindən kimlərsə qazandı. Və bu gün də bu iyrənc proses davam edir.
Yuxarıda qeyd etdiyimiz kimi hələ davam edəcək də.
Ona görə də bir cəmiyyət olaraq bu məsələlərə həssas yanaşmalıyıq.
Təsəvvür edirsiniz, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəhbərliyinə daxil olan şəxslər məcburi köçkündən 5 min manat rüşvət istəyir. Və binəva məcburi köçkün güc-bəla ilə borc-xərc 5 min manatı tapıb Qaçqınkoma verir. Və sonda Qaçqınkom məcburi köçkünə sözün həqiqi mənasında atır, pulu qaytarmır.
İndi hadisənin detalları ilə tanış olaq.
Deməli, məcburi köçkün 6 nəfərlik ailəsinə çatacaq 4 otaqlı mənzili uzun müddət ala bilmir. Nəhayət bir neçə ildən sonra ona öz ailəsi üçün 3 otaqlı və iki bacısı və anası üçün 1 otaqlı ( 3 + 1 ) mənzil verilir. Sonradan ana və 1 bacı faciəli şəkildə dünyasını dəyişir. Ailə başçısına Qaçqınkomdan bildirirlər ki, ana və bacı rəhmətə getdiyi üçün 1 otağı geri qaytarmalısan. Ailə başçısı bildirir ki, anam və bacım faciəli şəkildə dünyasını dəyişsə də həmin 1 otaqlı mənzildə digər bacım yaşayır. Bəs o harada yaşasın ? Adam küçədə yaşayan deyil ki..
Belə olanda Qaçqınkom-un nümayəndəsi təklif edir ki, 5 min manat verin həmin 1 otağı sizdən almayaq, əks təqdirdə mənzili təhvil verin.
Bəli, uzun illərdir ki, Qaçqınkom sözün əsl mənasında rüşvət və korrupsiya yuvasıdır.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin direktoru Səbuhi Əhmədov bu korrupsiya mexanizminin başında duran şəxsdir.
Məlumat üçün qeyd edək ki, Səbuhi Əhmədov Qaçqınkomun sədri Rövşən Rzayevin sağ əlidir.
Bəli, Səbuhi Əhmədovun işçisi Azər JEK-lərlə birləşib məcburi köçkünlərə mənzillər satırlar.
Yığılan yüz min məbləğində pulları isə Sənan, Eldar, Azər arasında bölüşdürülür.
Növbəti yazıda Qaçqınkom-da yığılan rüşvətin rəhbərlik arasında necə və hansı faizlə bölüşdürülməsini təqdim edəcəyik.
Eyni zamanda Qaçqınkom-un sədri Rövşən Rzayevlə ölkədən “qaçaq düşən” Rza İbadovun əlaqələrindən bəhs edəcəyik.
Bizi izləyin.
''Gündəlik Bakı''nın Araşdırma qrupu //gundelik-baku.com//

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.