XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » Dilbər Sultanovanın şəriki Fateh Mustafayev vəzifəsindən qovuldu - İLGİNC

Dilbər Sultanovanın şəriki Fateh Mustafayev vəzifəsindən qovuldu - İLGİNC

Dilbər Sultanovanın şəriki Fateh Mustafayev vəzifəsindən qovuldu - İLGİNC
5-03-2021, 18:27

Holcim ASC-də ( keçmiş Qaradağ sement zavodu ) baş verən qanun pozuntuları, vergidən yayınma, gəlirlərin gizlədilməsi, zavodun guya rentabelli olmaması səbəbi ilə səhmdarlara dividentlərin verilməməsi və digər neqativ hallarla bağlı NUH.az saytı olaraq məlumat vermişdik.

Təsəvvür edirsiniz, Azərbaycanın ən böyük sement zavodlarından biri guya rentabelsiz-gəlirsiz işləyir. Görəsən zavodun direktoru fransız Frederik Guimbal bəs hansı pullarla Bakıda çox bahalı eyş-işrət məclisləri keçirir, az qala hərəmxana saxlayır ?

Görəsən, səhmdarlara divident olaraq “qəpik-quruş” verməyən zavodun Maliyyə direktoru Dilbər Sultanova az vaxtda Bakıda “kirayə evlər kraliçası”na necə çevrilib ?

Bu xanım Bakının müxtəlif rayonlarında xeyli sayda mənzil alıb kirayəyə verib.

Dilbər Sultanova “obnaliçka şirkətləri” ilə maxinasiyaya girərək “əmtəəsiz əməliyyatlar” keçirərək zavodu böyük məbləğdə vergidən yayındırıb.

Bu barədə mediada kifayət qədər yazılıb.

NUH.az saytının son araşdırması zamanı "Holcim"in Maliyyə direktoru Dilbər Sultanovanın qanunsuz əməlləri ilə bağlı yeni faktlar ortaya çıxıb.

Araşdırma zamanı məlum olmuşdur ki, Dilbər Sultanova Dövlət Vergi Xidmətinin Audit Baş İdarəsinin rəis müavini Fateh Mustafayevlə əlbir olaraq "Holcim Azərbaycan" ASC-nin vergidən yayınmasına şərait yaratmışdır.

Beləki MƏNFƏƏT VERGİSİ-nin azalması üçün Dilbər Sultanova sement altlıqlarının (paletlərin) 1 ədədini ƏDV daxil olmaqla 28.32 azn dəyərində göstərmiş, əslində isə faktiki altlıqların 1 ədədini 11 azn dəyərində özünə məxsus olan şirkətlərdə hazırlatmışdır.

Eyni zamanda sement məhsullarının çatdırılma ünvanlarını uzaq rayonlar göstərərək nəqliyyat xərclərini süni qaydada şişirtmiş və əldə olunan gəlirləri mənimsəmişdir.

Dilbər Sultanova sement istehsalında istifadə olunan xammal alışında da özünə məxsus şirkətlərlə müqavilələr bağlamış və sementin maya dəyərini kəskin şəkildə artırmış, vergi yayınmalarını təmin etmişdir.

Bu işdə ona Dövlət Vergi Xidmətinin Audit Baş İdarəsinin müavini Fateh Mustafayev yardım etmiş, əldə olunan gəlirlərin bir hissəsini isə Fateh Mustafayevə vermişdir.

Vergilər Nazirliyinin Daxili təhqiqat idarəsinin araşdırması nəticəsində Fateh Mustafayevin əməlləri ifşa olunmuş və ötən ay vəzifəsindən kənarlaşdırılmışdır.

Digər sement zavodlarının istehsal etdiyi sementin maya dəyərinə diqqət etdiyimiz zaman şahidi oluruq ki, "Holcim Azərbaycan" ASC sement məhsullarının maya dəyərini həddindən artıq şişirtmişdir. Həmçinin Dilbər Sultanova vaxtı keçmiş sement məhsullarının da satışını həyata keçirmişdir. Dilbər Sultanovanın qanunsuz əməlləri bununla bitmir. Onun həmçinin "obnaliçka" şirkətləri ilə əlbir olması, nağdsız maliyyə əməliyyatları aparması sonda Dilbər Sultanovanın külli miqdarda varlanmasına və böyük sayda əmlaklar əldə etməsinə səbəb olmuşdur.

Yuxarıda qeyd etdiyimiz faktların araşdırılması üçün İqtisadiyyat naziri cənab Mikayıl Cabbarova müraciət edərək yoxlamaların daha dəqiq aparılmasını xahiş edirik.

Araşdırmamız davam edir.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.