Nazirin qohumu olduğunu deyib yetənə yetir... - NARAZILIQ!
Beyləqan rayonunda Fövqəladə Hallar Nazirliyi Qarabağ Regional Mərkəzinin Emin Məmmədov adında bir müfəttişi peyda olub.
Bir neçə ay öncə Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin Tikinti Təhlükəsizlik şöbəsinə müfəttiş təyin olunan Emin Məmmədov iddia edir ki, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun həyat yoldaşı Ruhəngiz Heydərova onun xalasıdır. Bir sözlə, o, FHN şefinin baldızı oğlu olduğunu iddia edir. Gəl ki, bundan sonra kiminsə ağzı nədir ki, ona bir söz deyə.
İndi Ruhəngiz Heydərovanın bacısı oğlu, Kəmaləddin Heydərovun da baldızı oğlu sayılan adi bir müfəttiş Beyləqanda o obyekt qalmayıb ki, burnunu soxmamış, səlahiyyətlərini aşmamış olsun.
RealMedia.az-ın bu xüsusda əldə etdiyi səhih məlumatlarda müfəttiş E. Məmmədovun səlahiyyət həddini aşdığı, tikintisi başa çatmış, hətta istifadəyə verilən obyektlərdə güya ki, tikinti təhlükəsizlik qaydalarınının yoxlanması adı altında (hansı ki, əvvəlcədən obyektin tikintisi FHN-nin Qarabağ Regional Mərkəzinin müvafiq şöbəsi ilə razılaşdırılıb) obyektlərə soxularaq qanunsuz yoxlamalar apardığı, səlahiyyətindən kənar tələblər irəli sürdüyü bildirilir. Onun bu hərəkətləri isə haqlı narazılığa səbəb olub.
Artıq bu üzdən də bir sıra obyekt sahibləri haqlı olaraq ölkə Prezidenti İlham Əliyevə müraciət məktubu ünvanlamağa hazırlaşırlar. //RealMedia.az//

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək