XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » Rektor partiyadan gedir

Rektor partiyadan gedir

Rektor partiyadan gedir
2-03-2021, 13:31

Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətindən uzaqlaşdırılacağı ilə bağlı xəbərə münasibət bildirib.

N.Əliyeva bildirib ki, mart ayının 5-də keçiriləcəyi gözlənilən Yeni Azərbaycan Partiyasının qurultayında hansı qərarların qəbul olunacağı hələ ki, bəlli deyil:
“Növbəti qurultayda hansı qərarların qəbul olunacağını heç kəs bilmir. Partiyanın tədbirlər planı var. Partiyada tutduğum vəzifədən kənarlaşdırılmaqla bağlı qərar verilsə, uzaqlaşacağam. Rəhbərlik nə məsləhət görərsə, o da olacaq. Partiyanın rəhbərliyi hər kəsin fəaliyyətindən xəbərdardır. Qəbul olunacaq qərara hörmətlə yanaşacam”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.