SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » "Qaçqınkom" şefi İTTİHAM OLUNUR... - korrupsiyanın buynuzu olumur eee...

"Qaçqınkom" şefi İTTİHAM OLUNUR... - korrupsiyanın buynuzu olumur eee...

Tarix:

12-02-2021, 15:47

/ 772 dəfə oxundu.
"Qaçqınkom" şefi İTTİHAM OLUNUR... - korrupsiyanın buynuzu olumur eee...

Çoxları düşünür ki, torpaqlarımız azad olundu, yəqin ki, bir neçə aya, lap uzağı 2-3 ilə qaçqın və məcburi köçkün problemi bitəcək.
Kökündən səhv yanaşmadır. Bu problem hələ uzun illər davam edəcək və “QAÇQINKOM” da bir dövlət qurumu olaraq fəaliyyətini davam etdirəcək. Ona görə də bu dövlət qurumunun fəaliyyət daim ictimai nəzarət altında olmalı, media bu mövzuya daim diqqət yetirməlidir. Yoxsa, hələ uzun illər obrazlı desək “mina”ya düşəcəyik.
Öncə başlayaq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevdən.
Gənc sədr artıq 3-cü ildir ki, komitəyə rərhbərlik edir. Hər halda az müddət deyil.
Gəlin, “Qaçqınkom” məsələsinə keçməzdən öncə cavan komitə sədrinin həyat yoluna nəzər salaq.
Rövşən Rzayev 1962-ci ildə anadan olub, 1986-cı ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib.
1982-ci ildən Azərbaycan Ədliyyə Nazirliyinin sistemində müxtəlif vəzifələrdə çalışmışdır. 2004-cü ildən 101 saylı Xanlar Daşkəsən seçki dairəsi üzrə Milli Məclisin deputatı seçilib.
Görəsən, tarix fakültəsinin 1-ci kursunda oxuyan növcavan oğlan Ədliyyə Nazirliyi sistemində necə işləyib?
Rövşən Rzayev BDU-da əyani oxuyub, yoxsa qiyabi?
Axı, tarix fakültəsinin tələbəsinin ƏN sistemində çalışması necə olub ?
Özü də uzun illər ƏN sistemində çalışıb.
Rövşən Rzayev 2004-cü ildə deputat seçilib. Görəsən, bu cavan oğlan 2004 - 1982 = 22 il harada olub ?
Axı, 22 illik fəaliyyəti bircə cümlə ilə “Müxtəlif vəzifələrdə çalışıb “ kimi biabırçı cümlə ilə necə “oformit” etmək olar ?
Bu vallah rüsvayçılıqdır e..Axı, bu adam konkret olaraq 22 il hansı vəzifədə çalıb-çalışıb ?
Və necə oldu 22 il harada olduğu konkret bilinməyən gənci hansı sehrli əl deputat düzəltdi...
Bakıda doğulmuş, Bakıda çalışan bu gənci Daşkəsəndə kim tanıyırdı, kim sayıb deputat seçdi ?
Bu sualları qoyaq bir kənara. Rövşən Rzayevin 22 il harada olmasına gözucu nəzər salaq.
Rövşən Rzayevin həmyaşıdı Rza İbadovu onun yadına salaq. İndi çoxları Rza İbadovu xatırlamır. Ancaq Rövşən Rzayev yaxşı xatırlayar. Hər ikisi bir zamanlar eyni işi görürdü. Rza İbadov məmurlarla, Rövşən Rzayev isə sahibkarlarla “külüng” çalırdı.
Rza İbadov pis külüng çaldığına görə, ölkədən qovuldu, Rövşən Rzayev isə yaxşı külüng çaldığına görə, daha da irəli getdi. Bax Rövşən Rzayevin karyerasında belə nüanslar çoxdur. Biz sadəcə, birinə baxdıq, özü də gözucu.
İndi keçək Rövşən Rzayevin “Qaçqınkom” sədri kimi fəaliyyətinə.
Uzun-uzadı yazmadan konkret bildirək ki, Rövşən Rzayev ona göstərilən etimadı doğrulda bilmədi. Nəinki doğrultmadı, əksinə özündən əvvəlki problemləri daha dərinləşdirdi.
Təsəvvür edirsiniz, dövlət qaçqın və məcburi köçkünlərin sosial həyat tərzinin yaxşılaşdırılması məqsədi ilə büdcədən və ehtiyat fonddan milyonlar ayırır. Komitə sədri milyonlarla vəsaiti ancaq özünə yaxın şirkətlərə pay verir, yəni tenderdə ancaq sədrə yaxın şirkətlər qalib olur.
Rüşvətin və korrupsiyanın buynuzu olumur e, cənab Rzayev !
Yaxud komitənin Mənzil İstismar departamentinin direktoru Səbuhi Əhmədovun əməllərinə niyə göz yumursan, cənab komitə sədri?
Bəlkə satılan evlərdən, komitəyə tabe olan JEK-lərdə baş verən qanunsuzluqlardan, alverdən xəbəriniz yoxdur?
Rövşən Rzayevin vəzifəyə gəlişindən sonra nəinki problemlər azalıb, əksinə narazılıqlar səngimək bilmir.
Bütün bunlara görə, Qaçqınkomun fəaliyyəti ciddi təftiş olunmalı, dövlətin ayırdığı milyonların hara xərcləndiyi bəlli olmalıdır. Yoxsa, Səbuhu Əhmədovun zibil-tullantı qabları almağa xərclədiyi 150000 ( yüz əlli min ) pulun sorağı başqa yerdən gələcək.
Bir sözlə, Rövşən Rzayevin etimad limiti başa şatıb.
Cənab Rövşən Rzayev !
Vaxtilə Ulu Öndərimiz Heydər Əliyev xalqın malını yeyən, qaçqın və məcburi köçkünün haqqını tapdalayan məmurlara ən sərt və kəskin cavabı verib. Həmin videoya baxmağınız məsləhətdir. //gundelik-baku.com//

Şərhlər

XƏBƏR LENTİ