SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Azay Quliyevin kürsüsü silkələnəcəkmi?

Azay Quliyevin kürsüsü silkələnəcəkmi?

Tarix:

12-02-2021, 10:58

/ 635 dəfə oxundu.
Azay Quliyevin kürsüsü silkələnəcəkmi?

Britaniyalı nazir Vendi Morton Azərbaycanın hüquq-müdafiə nümayəndələri Şəhla İsmayıl, Anar Məmmədli və Rəsul Cəfərovla görüşüb. R.Cəfərovun “Turan”a verdiyi məlumata görə, görüşdə 44 günlük müharibədə beynəlxalq humanitar hüququn pozulması hallarından vətəndaş cəmiyyəti sahəsində mövcud problemlərə qədər geniş məsələlər barədə fikirlər və təkliflər səsləndirilib.

Ümumi rəy bundan ibarət olub ki, postkonflikt dövrü üçün insan hüquqlarının müdafiəsi sahəsində fundamental addımlar, o cümlədən QHT qanunvericiliyinin təkmilləşdirilməsi, siyasi məhbus probleminin həlli yalnız fayda verə bilər.

“Belə görüşlərin əsas mahiyyəti ondan ibarətdir ki, yüksək vəzifəli xarici nümayəndə heyətləri rəsmi şəxslərlə görüşlərdə vətəndaş cəmiyyətini narahat edən məsələləri onlara çatdıra bilir” - deyə, Cəfərov qeyd edib.

Vacib məqam kimi qeyd edək ki, uzun illər idi ki, xarici qonaqlar QHT fəalları ilə görüşmürdülər. Məhz bu səbəbdən də görüş ətrafında çoxsaylı müzakirələr, suallar yaranıb. Bu, dövlətin QHT-lərlə bağlı yeni açılım hazırlığı hesab oluna bilərmi? Hakimiyyətin postmüharibə dövründə vətəndaş cəmiyyəti institutunu ön plana çəkmək fəaliyyəti zatən var. Amma indi yeni mərhələ başlaya bilərmi?

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı görüşdən gözləntiləri barədə “Yeni Müsavat”a bunları dedi: “2014-cü ildə QHT, qrant haqqında qanunlara əlavə və dəyişikliklər olundu və bu da onların fəaliyyətini məhdudlaşdırdı. 7 il ərzində bununla əlaqədar beynəlxalq qurumlar tərəfindən ölkə başçısına çoxlu sayda müraciətlər olundu. Düşünürəm ki, bu görüş də qeyd etdiyim görüşlərdən biri olacaq. 44 günlük müharibə bir daha göstərdi ki, ölkədə QHT fəaliyyətinin məhdudlaşdırılması, onların müstəqilliyinin əlindən alınması üçün aparılan siyasət ölkəmizin beynəlxalq aləmdə nüfuzuna nə qədər ziyan vurur. Aparılan siyasət həm də QHT-nin inkişafını, beynəlxalq aləmə çıxışını, müxtəlif tədbirlərdə təmsilçiliyini də məhdudlaşdırıb. Ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatlar və ölkəmizə gələn nümayəndələr də mütəmadi olaraq QHT-lərlə görüşüb. Bu da növbəti görüşlərdən biridir. Bunun elə bir əhəmiyyətinin olacağını düşünmürəm. Ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafının vacibliyi haqda isə hakimiyyət özü düşünməlidir. Azərbaycanda QHT-nin resurs zəifliyi erməni QHT-nin güclənməsidir. Zamanında Azərbaycan QHT-nin inkişafına, fəaliyyətinə və s. üçün nəzərdə tutulan vəsait indi Ermənistan və Gürcüstan QHT-lərinə yönəldilir. İctimai nəzarəti isə yalnız müstəqil QHT və müstəqil mətbuat edə bilər. Bunun üçün isə beynəlxalq təşkilatların deyil, ölkə başçısının siyasi qərarı olmalıdır”.

Şərhlər

XƏBƏR LENTİ