SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Nazir Xalq artistinin həyat yoldaşının yerinə onu TƏYİN ETDİ

Nazir Xalq artistinin həyat yoldaşının yerinə onu TƏYİN ETDİ

Tarix:

10-02-2021, 12:33

/ 783 dəfə oxundu.
Nazir Xalq artistinin həyat yoldaşının yerinə onu TƏYİN ETDİ

Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul xidməti Alayının komandirinə yeni müavin təyin edilib.

Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Pərvin Səfərəliyev YPX Alayının xidmət üzrə komandir müavini vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, o, bu təyinatadək Alay komandirinin şəxsi heyətlə iş üzrə köməkçisi idi.

Xatırladaq ki, P.Səfərəliyev təqaüdə göndərilən polkovnik Xosrov Nəcəfovun yerinə təyin olunub. Xosrov Nəcəfov Xalq artisti Mələkxanım Əyyubovanın həyat yoldaşıdır.

Şərhlər

XƏBƏR LENTİ