Mikayıl İsmayılovun Türkandakı saray kompleksi - Foto
Xəzər rayonu, Türkan qəsəbəsində SOCAR-ın vitse-prezidentlərindən biri Mikayıl İsmayılovun böyük imarətinin peykdən görüntüsü yayılıb.
PİA.az xəbər verir ki, görüntüləri mühacir jurnalist Həbib Müntəzir paylaşıb.
O bildirib ki, Türkan qəsəbəsindəki bu ərazidə bir neçə saray uzaldılıb və onlar üçün 6 metr hündürlüyündə hasar hörülüb:
“Hasarlanan əraziyə heç kimin keçməsinə icazə verilmir. Hasarın dəniz tərəfində, 3 hektarlıq ərazidə, oliqarx neftçi ailə üzvlərinin hamısı üçün 5 imarət ucaldıb. İmarətlərin hər birinə milyonlarla manat xərcləyən Mikayıl İsmayılov, həmçinin dənizin bir hissəsini də həyətinə salıb. Villada həm yaxtalar üçün liman, həm tennis meydançası və hovuz mövcuddur. Villanı oğlu Orxan İsmayılzadənin adına rəsmiləşdirib.
Neft maqnatının villasını mühafizə edən dəstə Mikayıl İsmayılovun qardaşı, Pirallahı rayon Polis İdarəsinin rəisi Cümşüd İsmayılovun işçiləridir. Adı polisdə vəzifədə gedən bu şəxslər gecə-gündüz Mikayıl İsmayılovun villalarının qorunması ilə məşğuldur. Qorumalar üçün də ayrıca istirahət yeri mövcuddur”.
H.Müntəzir Mikayıl İsmayılovun Bakıda ən azı 4 belə bir villası olduğunu da xatırladıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...