XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » Mərdəkan bələdiyyəsinin vəzifəli şəxsindən şok əməl: - Vəzifəli şəxsin adından istifadə etdi, rüşvət aldı

Mərdəkan bələdiyyəsinin vəzifəli şəxsindən şok əməl: - Vəzifəli şəxsin adından istifadə etdi, rüşvət aldı

Mərdəkan bələdiyyəsinin vəzifəli şəxsindən şok əməl: - Vəzifəli şəxsin adından istifadə etdi, rüşvət aldı
3-02-2021, 11:55

Mərdəkan bələdiyyəsinin vəzifəli şəxsi – Tabil Paşayev və onun qohumu Arifə Hacıyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Tabil Paşayev 2 avqust 2010-cu il tarixdən Bakı şəhəri Xəzər rayonu Mərdəkan bələdiyyəsinin vergi müfəttişi vəzifəsində işləyərkən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə qohumu Arifə Hacıyevə ilə qabaqcadan əlbir olub. O, cinayət əlaqəsinə girərək, özgə əmlakının dələduzluq yolu ilə ələ keçirmək barədə əvvəlcədən aralarında yaranmış ümumi cinayətkar niyyətə uyğun olaraq, qulluq mövqeyinə görə ona olan inam və etibardan sui-istifadə etməklə, 2018-ci ilin fevral ayında Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində, Qala-Pirallahı yolunun kənarında olan 50 sot torpaq sahəsini almaq üçün ona müraciət etmiş, Qala qəsəbəsinin sakini Hatəm İbrahimova özünün Bakı şəhər İcra Hakimiyyətində yüksək vəzifədə işləyən “Arifə» adlı qadınla yaxın münasibətinin olmasını, qeyd olunan münasibətindən istifadə edərək həmin torpaq sahəsini almasında köməklik göstərmək imkanına malik olduğunu yalandan bildirib.

Rabil Paşayev “Arifə”yə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə görə birbaşa yolla özünün vasitəsilə maddi nemət olan 31.400 manat pul verilməsi müqabilində həmin məsələni həll edəcəyini yalandan vəd verib, onu inandırıb.

Talib Paşayev 2018-ci ilin fevral ayında həmin adla Qala qəsəbəsində Qala-Pirallahı yolunun kənarında yerləşən həmin torpaq sahəsində Hatəm İbrahimovdan 31400 manat məbləğində pulu Arifə Hacıyevə ilə birlikdə alıb, aralarında bölməklə, Hatəm İbrahimova məxsus əmlakı qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib, xeyli miqdarda ziyan vurmaqla dələduzluq edib.

Tabil Paşayev vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətin müqabilində birbaşa yolla özünün vasitəsilə maddi nemət olan pulu rüşvət qismində verməyə Hatəm İbrahimovu təhrik edib.

Bundan başqa, Tabil Paşayev Arifə Hacıyeva ilə 14 mart 2018-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsindən Binə qəsəbəsinə dönən yol ayrıcının sağ tərəfində yol kənarında olan 12 sot torpaq sahəsini almaq üçün ona müraciət edib.

Tabil Paşayev Qala qəsəbə sakini Natiq Qarayevə özünün Bakı şəhər İcra Hakimiyyətində yüksək vəzifədə işləyən “Arifə” adlı qadınla yaxın münasibətinin olmasını, qeyd olunan münasibətindən istifadə edərək həmin torpaq sahəsini almasında köməklik göstərmək imkanına malik olduğunu yalandan bildirib. O, “Arifə”yə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə görə birbaşa yolla özünün vasitəsilə maddi nemət olan 25.300 manat pul verilməsi müqabilində həmin məsələni həll edəcəyini yalandan vəd verib.

Talib Paşayev həmin adla Qala qəsəbəsində yerləşən “Qalabazar” restoranının yaxınlığında 14 mart 2018-ci il tarixdə sonuncudan 25.300 manat məbləğində pulu alıb, qabaqcadan əlbir olduğu Arifə Hacıyevə ilə aralarında bölüb.

İstintaq orqanı tərəfindən hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək), 178.2.2-ci (təkrar dələduzluq), 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq törətmək), 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 32.4, 312.2-ci (iştirakçılıq, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Talib Paşayev 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Bundan başqa, Arifə Hacıyeva məhkəmənin hökmü ilə təqsirli bilinərək məhkum olunub.

Hökmdən narazı qalan Tabil Paşayev apelyasiya şikayəti verib. O, əməlində cinayət tərkibi olmadığını əsas gətirib və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Tabil Paşayevin apelyasiya şikayəti təmin olunmayıb.

Bu qərardan narazı qalan Tabil Paşayev kasasiya şikayəti versə də, onun şikayəti təmin olunmayıb.
Demokrat.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.