XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » Bu da Oqtay Əsədovun itləri - Sabiq spiker Türkanda tulaları üçün də çimərlik tikib

Bu da Oqtay Əsədovun itləri - Sabiq spiker Türkanda tulaları üçün də çimərlik tikib

Bu da Oqtay Əsədovun itləri - Sabiq spiker Türkanda tulaları üçün də çimərlik tikib
28-01-2021, 15:13

Milli Məclisin sabiq sədri Oqtay Əsədovun milyonluq villaları ilə bağlı məlumatlar yayılmaqda davam edir...
Son yayılan məlumat isə Oqtay Əsədovun Türkan qəsəbəsində – Xəzərin sahilində bir neçə hektarlıq ərazidə özünə şəxsi çimərlik yaraması ilə bağlıdır. Marqlıdır ki, sabiq spiker itlərini də unutmayıb. Onlara da çimərlikdə pansionat tikib.

PİA.az araşdırmaşı furnalist Cavanşir Həsənlinin sosial şəbəkədə yaydığı şərhi və videoçarxı təqdim edir:

“Yadınızdadırsa, ötən yay keçmiş spiker Oqtay Əsədovun Türkan qəsəbəsində – Xəzərin sahilində bir neçə hektarlıq ərazidə şəxsi çimərliyinin olduğunu, burada alabay cinsindən sevimli itlərini saxladığını yazmışdım.

Təqdim etdiyim video Əsədovun həmin özəl çimərliyindən çəkilib. Camaat dəniz üzünə həsrət qalıb, bunlar çimərliklərdə itləri üçün pansionat tikiblər.

Deputatlar hər dəfə iclasda dəniz sahillərinin zəbt olunmasından danışanda Əsədov buna görə yerində qurcalanırmış”.
Bu da Oqtay Əsədovun itləri - Sabiq spiker Türkanda tulaları üçün də çimərlik tikib

[xfvalue_elave] XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.