SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Əli Həsənov "Kitab passajı”nı 3 milyona satışa çıxarıb

Əli Həsənov "Kitab passajı”nı 3 milyona satışa çıxarıb

Tarix:

16-01-2021, 13:20

/ 902 dəfə oxundu.
Əli Həsənov "Kitab passajı”nı  3 milyona satışa çıxarıb

Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun ucuz qiymətə özəlləşdirdiyi keçmiş "Kitab passajı”nı neçəyə satışa təqdim etdiyi məlum olub.

Ə.Həsənov sözügedən obyekti 3 milyon manata təklif edib. Hazırda bəzi şəxslərlə bu iqtisamətdə danışıqlar getsə də, konkret alıcının hələlik olmadığı qeyd edilir.

Şəhərin mərkəzində, Fontanlar bağının yanında, Nigar Rəfibəyli küçəsi-14 ünvanında yerləşən məşhur "Kitab passajı” 1898-ci ildə mesenat Orucov qardaşları tərəfindən açılıb və tarixi əhəmiyyət daşıyır. Lakin Əli Həsənov oranı yaxınlarının adına simvolik qiymətə özəlləşdirib və təyinatını dəyişib.

Qeyd edək ki, ötən gün KİVDF-nin sabiq rəhbəri Vüqar Səfərli həbs edilib. Onun işlətdiyi vəzifə cinayətləri sırasında Əli Həsənova məxsus obyekti Fondun maraqlarına zidd olaraq çox yüksək məbləğə icarəyə götürməsi və nəticədə 9 il ərzində ora 812 min manat ödədiyi də üzə çıxıb.

V.Səfərlinin Ə.Həsənovun himayəsi altında çalışdığını xatırladanlar isə Ə.Həsənovun məhz indiki ərəfədə obyektlərini təcili satışa çıxarmasını təsadüfü saymırlar. (axar.az)

Şərhlər

XƏBƏR LENTİ