Bakıda şəhid ailəsinə təzyiq göstərilib? - DİN-dən AÇIQLAMA
Sosial şəbəkələrdə Binəqədi rayonunda polis, SOCAR və İcra Hakimiyyəti əməkdaşlarının şəhid ailələrinə qarşı guya təzyiq edilməsi ilə bağlı məqsədli olaraq təşkil olunan görüntülər yayılıb.
Görüntülərlə bağlı DİN-in Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev cavab verib.
Onun sözlərinə görə, araşdırmalarla məlum olub ki, rayonun Hökməli qəsəbəsində bir qrup şəxs tərəfindən qanunsuz olaraq torpaqların zəbt olunaraq tikinti aparılması müşahidə olunub:
“Həmin yerdə qeydə alının qanunsuz halların qaşısını almaq üçün əraziyə cəlb olunan müvafiq qurumlarının əməkdaşlarının qanunu tələblərinə məhəl qoymayan həmin şəxslər, şəhid və qazi ailələri adından sui-istifadə edərək diqqəti qanunsuz əməllərdən yayındırmağa çalışıblar”.
E.Hacıyev bildirib ki, hadisə yerində hər hansı bir şəxsə qarşı fiziki təzyiq göstərilməyib, iddialar əsassızdır: “Polis əməkdaşları ərazidə ictimai qaydanı və ictimai təhlükəsizliyi təmin ediblər”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək