XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Kəmaləddin Heydərovun oğlanlarının Londondakı şirkətləri bağlanır – FOTOFAKT

Kəmaləddin Heydərovun oğlanlarının Londondakı şirkətləri bağlanır – FOTOFAKT

Kəmaləddin Heydərovun oğlanlarının Londondakı şirkətləri bağlanır – FOTOFAKT
7-01-2021, 16:44

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun oğlanları Tale və Nicat Heydərovlar tərəfindən 2011-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda təsis olunan “Cafe Baku Limited” və "Azerbaijan Juices Limited” şirkətləri ləğv olunur.
Yeniavaz.com xəbər verir ki, Londonda “Lime Street 52” ünvanında yerləşən şirkətlər 14 gün əvvəl ləğv olunduğunu elan edib və hazırda ləğvetmə prosesi davam edir.
Qeyd edək ki, hazırda hər iki şirkətə Böyük Britaniya vətəndaşı olan 57 yaşlı Gillian Ralston Jordan rəhbərlik edir.
Kəmaləddin Heydərovun böyük oğlu Tale Heydərov 1911-12-ci illərdə "Cafe Baku limited”, 2009-15-ci illərdə isə "Azerbaijan Juices Limited” şirkətlərinə rəhbərlik edib.
FHN nazirinin kiçik oğlu Nicat Heydərov isə 1911-15-ci illərdə "Cafe Baku limited”, 2009-15-ci illərdə isə "Azerbaijan Juices Limited” şirkətlərinə rəhbərlik edib.
Məlumat üçün bildirək ki, vaxtı ilə Londonda Tale və Nicat Heydərov qardaşlarının rəhbərlik etdiyi şirkətlərin əksəriyyəti bağlanıb. Hazırda yalnız iki şirkət - “United Enterprises İnternational Limited” və “Uei Restaurants Limited” şirkətləri öz fəaliyyətlərini davam etdirirlər. "Uei Property (UK) Limited” şirkəti isə 5 il əvvəl öz fəaliyyətini dondurub. Digər şirkətlərdə oldğu kimi bu şirkətlərə də Gillian Ralston Jordan rəhbərlik edir.
Nazir oğullarının rəhbərlik etdikləri şirkətlər bunlar olub:
Kəmaləddin Heydərovun oğlanlarının Londondakı şirkətləri bağlanır – FOTOFAKT


XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.