XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » İlham Əliyev onları "Şöhrət" ordeni ilə TƏLTİF ETDİ

İlham Əliyev onları "Şöhrət" ordeni ilə TƏLTİF ETDİ

İlham Əliyev onları "Şöhrət" ordeni ilə TƏLTİF ETDİ
30-12-2020, 22:43

Prezident İlham Əliyev bir qrup şəxsi “Şöhrət” ordeni ilə təltif edib.

Azərbaycanın ictimai həyatında səmərəli fəaliyyətinə görə Tənzilə Yolçu qızı Rüstəmxanlı bu ordenə layiq görülüb. Bundan başqa, Azərbaycanın diplomatik xidmət orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Həsən Əziz oğlu Həsənov da “Şöhrət” ordeni ilə təltif edilib.

Eyni zamanda Azərbaycanda jurnalistika sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Teymur Əkbər oğlu Əhmədov da “Şöhrət” ordeni ilə mükafatlandırılıb. Elman Camal oğlu Məmmədov isə Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif olunub.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.