Azərbaycan Ordusunun 5 generalı "Qubadlının azad olunmasına görə” medalı ilə təltif edildi - ADLAR
- 29-12-2020, 16:18
- 943
Bununla bağlı dövlət başçısı sərəncam imzalayıb.
Sərəncama əsasən Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş general-leytenant Mirzəyev Hikmət İzzət oğlu, general-leytenant Vəliyev Kərim Tofiq oğlu , general-mayor Bərxudarov Mayis Şükür oğlu, general-mayor Rzayev Mübariz Balağa oğlu və general-mayor Sultanov Ağamir Əzizxan oğlu "Qubadlının azad olunmasına görə” medalı ilə təltif ediliblər.