XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Bayram Səfərova Şuşaya getmək qadağan edildi - Siyahıda başqa kimlər var?

Bayram Səfərova Şuşaya getmək qadağan edildi - Siyahıda başqa kimlər var?

Bayram Səfərova Şuşaya getmək qadağan edildi - Siyahıda başqa kimlər var?
24-12-2020, 10:59

Azərbaycanın qədim Şuşa şəhərinin işğalçılardan azad olunmasından xeyli zaman keçməsinə baxmayaraq, adıçəkilən rayonun Bakıda oturan rəhbəri Bayram Səfərov hələ də oraya gedə bilməyib.

Qeyd edək ki, mediaya açıqlamasında icra başçısı bunu Şuşa ərazilərinin minalanması ilə əlaqələndirib. Ölkənin ayrı-ayrı dövlət strukturlarının rəhbərləri, jurnalistlər belə Şuşaya gedib. Ona görə də Bayram Səfərovun bu açıqlaması qeyri-səmimi təəsürrat yaradıb.

Məlum olub ki, Bayram Səfərova Şuşaya getmək qadağan edilib. Məlumatda eyni qadağanın Şuşanı Milli Məclisdə təmsil edən deputat Tural Gəncəliyevə də şamil edildiyi bildirilir.

Yaxın günlərdə Bayram Səfərovun Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunacağı da deyilir.(Gününsəsi)

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.