"Bu sevinci bizə yaşadan Prezidentimizə, ordumuza hədsiz minnətdaram” - Şahbaz Quliyevin bacısı
"Qardaşımın girovluqdan azad olunması xəbəri məni hədsiz sevindirdi, Prezidentimizə öz təşəkkürümü bildirirəm”.
Bunu APA-ya açıqlamasında Şahbaz Quliyevin bacısı İradə Quliyeva deyib.
“Əgər torpaqlarımız alınmasaydı, Şahbazla Dilqəm də girovluqdan xilas ola bilməyəcəkdi. Bu sevinci bizə yaşadan Prezidentimizə, o torpaqları alan ordumuza hədsiz minnətdaram. Şükür Allaha, bizi qovuşdurdu”, - deyə o, bildirib.
İradə Quliyeva xəbəri yeni öyrəndiyini, hələ qardaşı ilə görüşmədiyini deyib.
Qeyd edək ki, bu gün günorta saatlarında 2014-cü ilin iyul ayından erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərov təyyarə ilə Bakıya gətirilib. Müvafiq karantin tədbirləri həyata keçirildikdən sonra azad olunmuş şəxslər ailələrinə qovuşacaqlar.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək