Vətəndaşlar Qələbə paradını necə izləyəcək? - Hərbi ekspert
Vətəndaşlara tövsiyə edirik ki, möhtəşəm Qələbə paradını televizorlardan izləsinlər”.
Bunu Qaynarinfo-ya açıqlamasıda hərbi ekspert Ədalət Verdiyev deyib. Onun fikrincə, Azərbaycan hazırda ikinci bir düşmən - koronavirusla mübarizə aparır:
"Hamı Qələbə paradında iştirak etmək istəyir. Amma reallığı nəzərə almaq lazımdır. İkinci bir düşmənlə mübarizə aparırıq. Koronavirusun tüğyan elədiyi bir dönəmdə kütləvi şəkildə vətəndaşların paradda iştirakı müəyyən problemləri bəri başdan vəd edir. Ona görə də paradda iştirakçıların sayına mümkün qədər məhdudiyyətlər tətbiq ediləcək”.
Ədalət Verdiyev bildirib ki, Türkiyənin bu paradda ən yüksək səviyyədə iştirakı gözlənilir:
"Məsafə gözlənilməli və bütün tədbirlərə əməl olunmalıdır. Çünki ikinci bir təhlükəni yaxın buraxmaq olmaz. Əlbəttə, hamı istəyər ki, paradın iştirakçısı olsun. Amma mövcud vəziyyətə görə bu, mümkün deyil və bunu anlayışla qarşılamalıyıq”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək