“Artıq arvadınızı dostunuza verin” - Axunddan açıqlama+Video
“Kimin artıq arvadı varsa, evlənməyə imkanı olmayan müsəlman qardaşına versin”.
Bunu Mingəçevirdə yerləşən Heydər Məscidinin Axundu Hacı Ələmdar çıxış edərkən deyib. O qeyd edib ki, keçmişdə 3 arvadı olana tapşırılıb ki, artıq arvadlarını kiməsə versin, kimləsə evləndirsin. Çünki peyğəmbər deyib ki, subay ölən şəxs mənim ümmətimdən deyil.
Hacı Ələmdar özü isə açıqlama verərkən qeyd edib ki, əslində həqiqət belədir: “Peyğəmbər Məkkədən Mədinəyə hicrət edəndə mühacirlər çətin vəziyyətdə olublar. Köməkçilərin də bir neçə arvadı olub. Həmin vaxtlar onlar arvadlarını boşayardılar ki, mühacirlərlə evlənsin”.
Axund bildirib ki, kiminsə belə bir sözü deməyə haqqı yoxdur. “İslam dinində belə bir şey olmayıb. Müəyyən qurumlar çıxışın əvvəlindən və axırından bəzi hissələri kəsib belə bir video hazırlayıblar”.
Qeyd edək ki, Azərbaycanda ailə quruluşunda çoxarvadlılıq yoxdur.
A24.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib