QHT sədrindən nazirliyə 150 avroluq modem ittihamı
"Deməli evimizə fiber optik internet qoşulandan internet çox zəifləyib. Dəfələrlə şikayət edirəm. Nazirlikdən tapşırırlar. Yasamal qovşağında bir dələduz rəis var, deyir icazə ver, usta gəlib ölçsün. Mən də icazə verirəm. Usta gələnə yaxın internet başlayır yüksək sürətlə işləməyə. Ölçüb göstərirlər ki, hər şey qaydasındadır. Gedəndən 1 saat sonra yenə kəsirlər. İndi bir həftədir ümumiyyətlə internet yoxdur”.
Reportyor.info xəbər verir ki, bu sözləri QHT rəhbəri Sahib Məmmədov feysbuk hesabında yazıb. Onun sözlərinə görə, dünən nazirliyə deyilib: “Onlar da tapşırıb. Yenə zəng elədilər ki, icazə ver usta gəlib ölçsün. Razılaşmadım. Dedilər ki, söz veririk ki, məsələ birdəflik həll olunacaq. Nə isə razılaşdım. Usta zəngi basanda artıq internet tam gücü ilə işləyirdi. Ölçüb aparıb veriblər nazirliyə. İndi isə ümumiyyətlə kəsiblər. Zəng edirəm, deyirlər ki, kimə şikayət edirsən et. Quraşdırdıqları modem Çin istehsalıdır. Qiyməti 15 avrodur, amma biri 150 avrodan alınıb”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək