Fəhlə Bakı Metropoliteninin yalanını üzə çıxardı – FOTOFAKT
“Bakı Metropololiteni”nin Xocasəndə tikilməkdə olan 3-cü deposunda çalışan 1 saylı tunel tikinti dəstəsinin işçiləri idarənin mətbuat xidmətinin yalanını üzə çıxardı.
Qeyd edək ki, işçilər bildiriblər ki, onlara işdən “könüllü çıxmaları” haqqında Metropolitendən ərizə formaları təqdim edilib.
Qurumun səlahiyyətlisi Nəsimi Paşayev isə bu məlumatı təkzib etmişdi, belə bir halın baş vermədiyini bildirmişdi.
Metropolitenin tikintisində çalışan, adının açıqlanmasını istəməyən işçi isə N.Paşayevin dediklərinin yalan olduğunu bildirib. O fakt kimi, təqdim edilən ərizənin şəklini də redaksiyamıza göndərib. Şəkildə görünür ki, işdən çıxmaq haqqında boş ərizə formaları işçilərə paylanıb. İşçilərin könüllü olaraq getmələri üçün sadəcə ad və soyadlarını yazmaq qalır.
PressClub.Az


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...