XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Prezidenti tək qoyan xarici dil bilən deputatların siyahısı…

Prezidenti tək qoyan xarici dil bilən deputatların siyahısı…

Prezidenti tək qoyan xarici dil bilən deputatların siyahısı…
5-11-2020, 14:37

Xarici dil bilən millət vəkillərinin sosial şəbəkələrdə gedən müzakirələrdə nə üçün aktiv olmadıqları tənqid atəşinə tutulur.

Reportyor.info xəbər verir ki, belə deputatlar az deyil.

Götürək elə, Tovuzun deputatı Ülviyyə Ağayevanı. O, AŞPA-nın Azad Demokratlar Qrupunun vitse-prezidentidir.

Vaxtilə Vyanada ATƏT Parlament Assambleyasının sessiyasında çıxış edib. İndi susur.

Asim Mollazadə rus ingilis, alman dillərini bilir. Lakin sosial mediada aktivliyi nəzərə çarpmır.

Nizami Cəfərov rus, ingilis, fars dillərini bilir. Ancaq onun da başı qarışıqdır.

Rafael Hüseynova gələk, o da həmin üç dili – ingilis, fars, rusca bilir. Çi fayda?!

Səməd Seyidova nə deyirsiniz, rus, ingilis, fransız dillərini bilir. Sosial şəbəkədə görünmür.

Şeyxin qardaşı, deputat Cavanşir Paşazadə rus, fars, özbək və tacik dillərində danışmağı bacarırmış.

Ziyafət Əsgərov isə rus və fransız dilini bilir. Lakin o da sosial şəbəkədə gözə dəymir.

Ən yeni deputatlara gəlincə, Fatma Yıldırım, Könül Nurullayeva informasiya müharibəmizdə hansı dəstəyi verirlər?

Bəs Şahin Seyidzadə, Ramin Məmmədov, Jalə Əhmədova? Emin Hacıyevə nə deyirsiniz?

Əslində siyahını uzatmaq asandır – Soltan Məmmədov, Səbinə Xasayeva, Müşviq Cəfərov, Kamal Cəfərov və sair ilaxır…

Eləcə də Ramil Həsən, Tamam Cəfərova, Nurlan Həsənov, Ceyhun Məmmədov kimi deputatlar…

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.