XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Vilayət Eyvazov Özbəkistanın səfiri ilə görüşüb

Vilayət Eyvazov Özbəkistanın səfiri ilə görüşüb

Vilayət Eyvazov Özbəkistanın səfiri ilə görüşüb
2-11-2020, 18:27

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Özbəkistan Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanovu qəbul edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmtəindən verilən məlumata görə, qonağı salamlayan nazir təyinatı münasibətilə onu təbrik edib, fəaliyyəti müddətində Azərbaycan-Özbəkistan münasibətlərinin daha da dərinləşəcəyinə ümidvar olduğunu bildirib.

Daha sonra nazir ölkəmizdə cəmiyyətin bütün sahələrində, o cümlədən daxili işlər orqanlarında aparılan islahatlar barədə səfirə məlumat vermiş, cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması sahəsində qazanılan uğurlardan, əməliyyat şəraitinin tam nəzarət altında olduğundan danışıb. Bildirilib ki, kriminogen durumun nəzarətə götürülməsi, sabitliyin etibarlı təmini ilk növbədə vətəndaşlarımızın, həmçinin əcnəbilərin təhlükəsiz, əmin-amanlıq şəraitində yaşayıb işləmələrinə əlverişli şərait yaradıb.

Nazir Vilayət Eyvazov imzalanmış bir sıra Sazişlərin hər iki ölkənin Daxili İşlər nazirlikləri arasında əməkdaşlıq üçün yaxşı imkanlar açdığını və cinayətkarlıqla birgə mübarizəni uğurlu təmin edən səviyyəyə çatdığını diqqətə çatdırıb.

Səfir Bahrom Aşrafxanov tanışlıq məqsədi daşıyan səmimi qəbula görə Daxili İşlər nazirinə öz minnətdarlığını bildirmiş, Azərbaycanın bütün sahələrdə sürətli inkişafından məmnun qaldığını nəzərə çatdıraraq ölkələrimizin xalqları və dövlətlərimizin müvafiq strukturları arasında əlaqələrin daha da genişləndirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini vurğulanıb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.