Ramiz Mehdiyevin bu vətənə aidiyyatı YOXDUR? - Nə üçün susur?
- 12-10-2020, 13:53
- 1 042
Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.
A.İsmayılov qeyd edib ki, R.Mehdiyevin Rusiyanın ali rəhbərliyi ilə çox sıcaq münasibəti, bu ölkənin dərin dövləti olan N.Patruşevlə dost olması heç kim üçün sirr deyil: “Bu gün Rusiyanın açıq-aşkar Ermənistanı silahlandırması isə artıq bütün dünyaya bəllidir. Nə üçün Ramiz Mehdiyev susur?! Yox, əgər R.Mehdiyev başqa kanallarla sakit, səssiz ölkəmizə kömək edirsə, eləcə də sakit, səssiz bu barədə mənə bildirsinlər. Əgər doğrudan da nə isə edirsə onun haqqında səhv etdiyimi bildirib, Ramiz Mehdiyevdən üzr istəyəcəyimə söz verirəm. Yox, bu olmayacaqsa, ölkəmizin ən çətin durumunda da susmaqda davam edəcəksə, bu günə qədər etdiklərinin cavabı hökmən sorulacaq”.