XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » "Allahşükür Paşazadə niyə danışmır?” – Qorxmaz Əlilicanzadə

"Allahşükür Paşazadə niyə danışmır?” – Qorxmaz Əlilicanzadə

"Allahşükür Paşazadə niyə danışmır?” – Qorxmaz Əlilicanzadə
12-10-2020, 11:38

“Biz guya beş rayonumuzu, daha sonra iki rayonumuzu almalıyıq və sonra səsvermə olmalıdır. Əgər bunlar olacaqdısa, biz niyə müharibə edib şəhidlər verdik? Deyilənə görə Dağlıq Qarabağda işğala qədər 75 faiz erməni, 25 faiz isə azərbaycanlı yaşayıb. Lap onların hamısı geri qayıtsa belə, 25 faiz Azərbaycanlı əhalisi 75 faiz erməni əhalisinə referendumda necə qalib gələ bilər?” Bunu aktyor Qorxmaz Əlilicanzadə deyib. Aktyor düşmənə güzəştə getməyin mənasız olduğunu bildirib: “Əvvəla, mən bütün bu hadisələrə görə çox həyəcanlanıram və yanıram. Amma bununla yanaşı, zövq aldığım məqamlar da odur ki, biz torpaqlarımızı almaqla qələbə çalıb sevinc hisslərini yaşayırıq. Moskva görüşündə isə aldanmamız bizi təəssüfləndirir. Bizim xarici işlər nazirimiz Ceyhun Bayramov, Moskvada, danışlıqlarda iki erməniylə danışıq apardı. Birincisi, atəşkəsin vaxtı yazılmadığı üçün çox məyusam, ya 12, 24, ya da 72 saat olmalıydı. Bundan başqa təzədən Madrid prinsipinin ortaya atılması məni çox narahat edir. Söhbət hansı Madrid prinsipindən gedir? Biz guya beş rayonumuzu, daha sonra iki rayonumuzu almalıyıq və sonra səsvermə olmalıdır. Əgər bunlar olacaqdısa, biz niyə müharibə edib Şəhidlər verdik. Deyilənə görə Dağlıq Qarabağda işğala qədər 75 faiz erməni, 25 faiz isə azərbaycanlı yaşayıb. Lap onların hamısı geri qayıtsa belə, 25 faiz Azərbaycanlı əhalisi 75 faiz erməni əhalisinə referendumda necə qalib gələ bilər? Absurddur. Bu o deməkdir ki, sonda ermənilər qalib olacaq, Qarabağımızda qondarma ikinci erməni dövləti yaradacaqlar. Ümumiyyətlə, ATƏT-in Minsk qrupunun bu işə qoşulmasına qarşıyam. Cənab prezident dedi ki, Ermənistanın prezidenti bizdən üzr istəməli və torpaqlarımızdan çıxmalıdır. Amma bunların heç birisi olmadı. Biz otuz ildir hələ də bilmirik ki, kimlə vuruşuruq? Biz hələ bilmirik ki, düşmən bizə qarşı informasiya müharibəsi apararaq dünya ictimaiyyətinə yalan məlumatlar verir, bizim mülki şəxslərə raket atdığımızı iddia edir?

Mən bir şeyə də məəttələm ki, bizim Şeyxülislam Hacı Allahşükür Paşazadə niyə danışmır? Bütün dünya müsəlmanlarına müraciət etməliyik. Əgər ərəblər bizim arxamızda durmursa, onda biz niyə özümüzü müsəlman sayaq? İran ikili oyun aparırsa, biz ona necə dost, qardaş deyək? Belə çıxır ki, bizi nə xristian, nə də müsəlman ərəb-fars dövlətləri qəbul etmir. İncəsənət adamlarına da səslənirəm, onlar baş verənlərə öz münasibətlərini bildirsinlər. Biz düşmənlə heç bir danışığa getməməliyik. Ermənistan bizimlə atəşkəs elan etsə də, mənim yenə buna qorxum var. Əgər biz müharibənin sonunda yenə muxtariyyət söhbəti danışacağıqsa, bunun nə mənası var? Biz bu qədər şəhidlər veririk ki, axırda ermənilərə muxtar respublika verək? Ermənilər azərbaycanlılara olmazın zülmlərini ediblər. Əgər ermənilər bizim torpaqlarda yaşayacaqsa, bəs biz niyə İrəvandan, Zəngəzurdan qovulan soydaşlarımızın haqqını tələb etmirik? Məni yandıran odur ki, niyə biz bu sahədə birliyimizi dünya ictimaiyyətinə çatdıra bilmirik. Rusdan bizə dost olmayacaq. Putin açıqlamasında bildirdi ki, bizim siyasətdə dostumuz yoxdur. Düşünürəm ki, Putin bizdən Ermənistana qarşı istifadə edir ki, Rusiyadan qaçmasın, Emənistandan da bizə qarşı istifadə edir ki, biz Türkiyəyə yaxınlaşmayaq. Gəncə terrorundan sonra düşmənə şans verməməliyik. Onların bu namərdliyinə son qoymalıyıq. Özümüzün əlimizə şans düşüb ki, torpaqlarımızı işğaldan azad edək. Bizim ermənilərlə yenidən bir torpaqda yaşamağımızı qəbul edə bilmirəm. Bizə əsrlər boyu zülm edən bir millətlə çörək kəsə bilmərik”.Moderator

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.