XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək Nərimanov rayonunun könüllülərinin bir qrupu ilə görüş keçirilib

IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək Nərimanov rayonunun könüllülərinin bir qrupu ilə görüş keçirilib

IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək Nərimanov rayonunun könüllülərinin bir qrupu ilə görüş keçirilib
27-04-2017, 15:56

27 aprel 2017-ci il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin iclas zalında Nərimanov Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək Nərimanov rayonunun könüllülərinin bir qrupu ilə görüş keçirilib.
Görüşdə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavinləri İradə Mahmudova, İlqar Mirzəyev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, rayon ərazisində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin tələbə-gənclər təşkilatlarının sədrləri və 60 nəfər gənc könüllü iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov bildirib ki, 15 gündən sonra hamının diqqəti Azərbaycana yönələcək, 57 İslam ölkəsindən nümayəndə heyəti Azərbaycanda baş tutacaq İslam Həmrəylik Oyunlarında iştirak etmək üçün ölkəmizə təşrif buyuracaq. İdarə rəisi qeyd etdi ki, İslam Həmrəylik Oyunlarının ölkəmizdə keçirilməsi ilə bağlı qərar 2014-cü ildə Səudiyyə Ərəbistanı Ciddə şəhərində qərara alınıb. Azərbaycan İslam ölkəsidir, bu dəyərlər ölkəmizdə öz əksini tapıb. Azərbaycan tolerant ölkədir. Azərbaycanda ayrı dinə mənsub insanlar burada mehriban şəraitdə yaşayırlar. Ölkəmizdə 2 mindən çox məscid və digər dinlərə məxsus sinaqoq, ibadət yerləri var. N.Novruzov vurğuladı ki,  Azərbaycanda ölkə gənclərinin hərtərəfli fiziki inkişafı üçün lazımi şərait yaradılıb və IV İslam Həmrəyliyi Oyunlarında Nərimanov rayonundan 2000-dən artıq könüllü iştirak edəcək.
Tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavinləri İradə Mahmudova, İlqar Mirzəyev, Azərbaycan Kooperasiya Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov və digər natiqlər bildiriblər ki, bu il ölkəmizdə "İslam Həmrəylik ili” elan edilib. VII - VIII əsrlərdən Azərbaycanda islam dini yayılmağa başlanılıb. İslam dini ilə bərabər, islam mədəniyyəti də Azərbaycanda təşəkkül tapıb. İslam mədəniyyətinə Azərbaycan mədəniyyəti töhfələrini verib. Əsrlər boyu Azərbaycanda tolerant, multikultural dəyərlər mövcud olub. Azərbaycanda islam dini daxilində məzhəblərarası şiddət meyli olmayıb. Bu, xalqımızın xoş niyyətinin göstəricisidir. Azərbaycandakı 2166 məsciddən 306-sı tarixi abidə kimi qorunur. Azərbaycan nümunəvi islam modelini ortaya qoya bilib.
Sonra IV İslam Həmrəyliyi Oyunları ilə bağlı videoçarx nümayiş olunub.
Daha sonra IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək Nərimanov rayonunun könüllüləri Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərmanlar ilə təltif olunmuşlar.
Sonda IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək Nərimanov rayonunun könüllüləri Oyunlarda iştirak edəcək ölkələrin bayraqları ilə xatirə şəkili çəkdirdilər.
IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək Nərimanov rayonunun könüllülərinin bir qrupu ilə görüş keçirilib
IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək Nərimanov rayonunun könüllülərinin bir qrupu ilə görüş keçirilib
IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək Nərimanov rayonunun könüllülərinin bir qrupu ilə görüş keçirilib
IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək Nərimanov rayonunun könüllülərinin bir qrupu ilə görüş keçirilib

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.