SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Ümumiqtidar ahəngini pozan nazir... - Şirəliyev uğurlu seçimdirmi?

Ümumiqtidar ahəngini pozan nazir... - Şirəliyev uğurlu seçimdirmi?

Tarix:

30-09-2020, 10:56

/ 1 332 dəfə oxundu.
Ümumiqtidar ahəngini pozan nazir... - Şirəliyev uğurlu seçimdirmi?

Azərbaycan səhiyyə sistemindəki neqativ hallar barədə tənqidi çıxışları ilə tanınan həkim – bioloq Aidə Xasıyevanın KİV-də növbəti məqaləsi yayılıb. Həmin məqalənin oxucularımız üçün maraqlı olacağını təxmin edirik.

Dünyada pandemiya sınağından çıxa bilməyən səhiyyə nazirlərinin “yarpaq tökümü” gedir. Sentyabrın 21-də Çexiyada koronavirusa yoluxanların sayının artması fonunda ölkənin Səhiyyə naziri Adam Voyteç istefa verib. O, ölkədə koronavirusun yayılmasına qarşı yeni həll yollarına dəstək vermək üçün belə bir qərar qəbul etdiyini vurğulayıb. Daha əvvəl isə İsrailli nazir Yaakov Litzman, Yeni Zelandiyalı Devid Klark, İran İslam Respublikasının səhiyyə başqanı Həsən Qazizadə Haşimi, Ekvadordan Katalina Andramunyo, Rumıniyadan Viktor Kostaç öhdəsindən gələ bilmədikləri vəzifələrindən əl çəkiblər. Amma “bizimki” dirənib – durub. Görünür, o, ölkədə koronavirusun yayılmasına qarşı yeni həll yollarına dəstək vermək niyyətində deyil.

Koronavirus pandemiyasının birinci dalğası zamanı (təki həm də axırıncı olsun) səhiyyə naziri Oqtay Şirəliyev özünü spirtləyib xalqdan gizləndi. Hakim Yeni Azərbaycan Partiyasının qurucularından biri, təşkilatın Siyasi Şurasının üzvü Musa Musayev Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) bəzi səlahiyyətlərinin Səhiyyə Nazirliyinə verilməsinə münasibət bildirərkən koronavirus pandemiyası dövründə səhiyyə naziri Oqtay Şirəliyevin “yox”a çıxdığına eyham edərək, “Vətəndaşların ən çox narazılıq etdiyi sahələrdən biri səhiyyədir. Bütün səhiyyə ocaqlarında, o cümlədən özəl klinikalarda müalicə və müayinə baha, keyfiyyət isə aşağıdır. Dövlətin bu sahəyə yüksək məbləğdə vəsaitlər ayırmasına, yeni səhiyyə ocaqlarının tikilməsinə, ən müasir avadanlıqların alınmasına baxmayaraq xidmət aşağı səviyyədədir. Sanki Azərbaycan səhiyyəsi dəllalların əlindədir” – deyərkən haqlı idi.

Bu məntiqlə səhiyyəmizin baş dəllalı da məhz nazir Oqtay Şirəliyevdir. Doğrudan da əgər sən səhiyyə naziri kimi öz birbaşa vəzifən olan insanların sağlamlığının keşiyində durmaq vəzifəsinin öhdəsindən gəlmirsənsə, istedadlı yerli həkimlər dolanışıq sarıdan korluq çəkdiklərinə, qarşılarına qoyulan rüşvət tələblərindən bezdiklərinə görə xaricə üz tuturlarsa, qonşu ölkələrdən gətirib televiziya kanalllarında reklam edilməsinə şərait yaratdığın tanınmamış, savadsız həkimlər vətəndaşlarımızı qətlə yetirirlərsə, bəs niyə o kürsünü 15 ildir zəbt eləmisən? Yerdə qalan işlər üçünmü? Yerdə başqa nə iş qalır ki? – Dəllallıq!

Səhiyyə Nazirliyinin internet saytında “Korrupsiya ilə mübarizə” başlıqlı yazı var. Həmin yazıda yaxın qohumların birgə işləməsinin yolverilməzliyindən söz açılıb: “Vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər.

Qanunun tələblərini pozan şəxslər həmin tələblərin pozulması müəyyən edildikdən sonra 30 gün müddətində həmin pozuntunu könüllü olaraq aradan qaldırmadıqları halda tabeçiliyi istisna edən başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə həmin şəxslərdən biri tutduğu vəzifədən azad olunmalıdır”.

Amma Azərbaycan səhiyyəsində qohumbazlıq, yerlibazlıq hökm sürür. Çox uzağa getməyək: Dağınıq skleroz xəstəlikləri nazirin bacısının monopoliyasındadır.

Özü belə Azərbaycan səhiyyəsinə etibar etməyib Almaniyanın Erlangen şəhərində müalicə alan, oğlu Beynəlxalq Bank qalmaqalından “duru çıxan”, qızı ermənilərlə dostluq edən Oqtay Şirəliyev yüksək vəzifədə ən uzun müddət qalmış səhiyyə naziri kimi tarixə düşüb. Azərbaycan Xalq Cümhuriyyəti dövründə bu postda daşnak Abram Dastakyan (14 mart 1919 — 22 dekabr 1919), Azərbaycan Sovet Sosialist Respublikası dönəmində kommunist Mövsüm Qədirli (1921 – 1935) digərlərinə nisbətən daha çox qərar tutublar. Amma sələflərinin heç birinin Şirəliyevinki qədər var-dövləti, nə Şüvəlanda, nə Qubada milyonluq malikanələri olmayıb.

RealMedia.az

Şərhlər

XƏBƏR LENTİ