Bura 1-2 milyon xərcləmişəm nə puldur ki? - Dəbdəbəli sarayın sahibi
Baku TV son günlər sosial şəbəkələrdə müzakirə olan Novxanıda heykəllərlə bəzədilmiş evdən reportaj hazırlayıb.
Sözügedən malikanənin sahibi Bəxtiyar adlı şəxs imiş. 60 yaşlı ev sahibi bildirib ki, Rusiya vətəndaşıdır, 5 il öncə təqaüdə çıxaraq özünə bu villanı tikdirib:
“Hərbi mühəndis olmuşam. Bir çox xarici ölkələrdə gəzmişəm. Xaricdə bəyəndiklərimi götürmüşəm, burada tətbiq etmişəm. Bizim ev klassik bir bağdır. 19 ölkənin məşhur rəssamlarının əsərlərini toplamışam, evimdən asmışam. Hamısının sertifikatı var. Xeyli şir heykəlləri var, təxminən sayı 10-15-dir. Əyri işlə məşğul olan biri deyiləm. Gör nə qədər yüksək təqaüd alıram ki, bu bağı tikəm. Evin qiymətini deyə bilmərəm. 1-2 milyon xərcləmişəm, nə puldur ki?”.
Qeyd edək ki, villa 4 mərtəbədən ibarətdir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...