XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Ramiz Mehdiyev və Əli Həsənov şəbəkəsinin Binəqədidəki kuratoru kimdir? — ARAŞDIRMA

Ramiz Mehdiyev və Əli Həsənov şəbəkəsinin Binəqədidəki kuratoru kimdir? — ARAŞDIRMA

Ramiz Mehdiyev və Əli Həsənov şəbəkəsinin Binəqədidəki kuratoru kimdir? — ARAŞDIRMA
19-09-2020, 17:21

Ramiz Mehdiyev və Əli Həsənov mövzusu neçə müddətdir ki, mətbuatın manşetinə çevrilib. Uzun illərdir ki, dövlətin bətnində qara yaraya çevrilən bu cütlüyün kəsilib atılmasından sonra üfunət iyi ölkənin hər yerindən gəlir.
Bu şəxslərin Azərbaycan dövlətinə və xalqına vurduğu yaralar o qədər dərindir ki, törətdikləri cinayətlər və qanunsuzluqlar barəsində uzun illər danışılacaq. Mövzu bitməyəcək, tükənməyəcək və araşdırıldıqca daha dərinlərə gedib çıxacaq. Çünki, dövlət içində ”dövlət” qurmağa çalışanlar hakimiyyətin bütün qollarına elə şaxələniblər ki, onları ifşa edib aşkara çıxarmaq üçün uzun zamana ehtiyac olacaq.
Dövlətə və mövcud hakimiyyətə meydan sulayan cütlüyün özlərini çox rahat hiss etmələrinin səbəblərindən biri də, məhz bu amildir. Heç kimə sirr deyil ki, R.Mehdiyev və Ə.Həsənovun siyasi, hüquqi və iqtisadi sahələrə yerləşdirdikləri agentura şəbəkəsi hələ də iş başındadır və ağalarının tapşırıqlarını yerinə yetirməyə hazırdır. Uzun illər dövlət strukturlarına yerləşdirilmiş, vəzifə pillələrində sürətlə irəliləmiş şəbəkə üzvləri artıq potensial təhlükə mənbəyinə çevrilməkdədir.
Hakimiyyət partiyası sayılan YAP isə bu insanların əlində alətə çevrilib. Son proseslər bir daha sübut etdi ki, YAP strukturlarına adıçəkilən cütlük tərəfindən o qədər yaramaz və xain insanlar yerləşdirilib ki, onların fəaliyyəti nəticəsində vaxtilə dövrünün yeganə siyasi qüvvəsi hesab olunan YAP, nəinki nüfuzunu itirib, hətta çox miskin vəziyyətə düşüb.
Bu yazımızda Binəqədi RIH başçısının müavini kreslosuna uzun illərdir ki, pərçim olunmuş Vüsal İsmayılovdan söhbət açacağıq. Bu o şəxsdir ki , 5 icra başçısını yola salmağına baxmayaraq, hələ də postunu qoruyub saxlaya bilib. Əcəba, V.İsmayılovun arxasında duran qüvvələr kimlərdir ki, ona toxunulmazlıq statusu qazandırıb?!…
Maraqlıdır ki, hər icra başçısının dövründə müavinlərdən tutmuş şöbə müdirlərinə qədər hətta, süpürgəçiləri belə dəyişdirilən icra hakimiyyətində V.İsmayılova “gözün üstdə qaşın var” deyən tapılmayıb. Nəzərə alsaq ki, Binəqədi rayonunda başçı vəzifəsində çalışan şəxslərin heç birinin V.İsmayılov haqqında müsbət fikri olmayıb, buna baxmayaraq YAP funksioneri rayonda ”at oynadıb”.

Dəyərli oxucularımızı çox intizarda saxlamadan qeyd edirik ki , V.Ismayılov R.Mehdiyevin və Ə.Həsənovun Binəqədi rayonunda çirkli oyunlarının təşkilatçısı və icraçısı rolunu çox məharətlə ifa etməyi bacarıb. Məhz onların sayəsində V.İsmayılov uzun illər vəzifə ilə, var-dövlətlə mükafatlandırılıb. Əslində, V.İsmayılovun kim olduğunu və hansı hoqqalardan çıxdığını Binəqədi rayonunda bilməyən yoxdur. Amma…
Qeyd etmək istəyirik ki, V.İsmayılovun kimliyi və törətdiyi qanunsuz əməllər barəsində vaxtilə dövrü mətbuatda kifayət qədər informasiyalar dərc olunub. Lakin himayədarlarının köməkliyi sayəsində bunların qarşısı alınıb. Tarixə qısa ekskurs edərkən V.İsmayılovun dəhşət saçan, şarlatan əməllərinin saysız -hesabsız olduğunun şahidi oluruq. Çalışdığı kollektivlərdə insanları şərləməklə, onlardan həqiqətə uyğun olmayan danoslar yazmaqla, çoxlarının bir tikə çörəyinə baiskarlıq etməklə, Prezidentə və Dövlətə sadiq insanlara qarşı məkrli və hiyləgər oyunlar qurmaqla onları ləkələmək kimi heç bir əxlaqa sığmayan hərəkətləri ilə məşhurlaşan V.Ismayılova “dur” deməyin vaxtı çoxdan çatıb.
Ulu öndər H.Əliyevin hakimiyyətdə olduğu illərdən bu günə qədər konkret olaraq R.Mehdiyevin məkrli tapşırıqlarını icra edən V.İsmayılov barəsində növbəti yazımızda ətraflı məlumat verəcəyik.
Vaxtilə YAP Binəqədi rayon təşkilatının yaradıcısı və rəhbəri olan, respublikada sadiq Əliyevçi kimi tanınan, ictimai-siyasi xadim, mərhum Abbas Mustafayevə qarşı şantaj və böhtan kampaniyasına rəhbərlik edən, R.Mehdiyevin tapşırıqlarının icraçısı olan V.İsmayılovun əməlləri barədə araşdırmalarımız yekunlaşmaq üzrədir. Onun YAP-a hansı yollarla soxulması , hansı xidmətlərinə görə vəzifələrdə irəli çəkilməsi , törətdiyi cinayət tərkibli əməllərə baxmayaraq qanunlardan necə yayınması və digər məsələlər ilə bağlı növbəti araşdırma yazılarımızda tanış olacaqsınız.
Mövzu ilə bağlı adıçəkilən şəxslərin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
Mənbə: Adekvat.Az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.