İşdən çıxarılan polis rəisinin yerinə təyinat oldu - ƏMR
- 18-09-2020, 10:51
- 1 042
Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Səbail Rayon Polis İdarəsinin (RPİ) 9-cu Polis Bölməsinin (PB) rəisi, polis polkovniki Elsevər Qədirov vəzifədən azad edilərək, Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin (PŞ) rəisi təyin olunub.
Qeyd edək ki, bir neçə gün əvvəl Daxili İşlər naziri, general-polkovnik V.Eyvazovun müvafiq əmri ilə Xətai RPİ-nin 37-ci PŞ-nin rəisi Lətif Cahangirov işdən çıxarılıb.