SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Bədəl Bədəlovun “pokazuxa”sı ...- ''SOCAR''ın vitse-prezidenti İLHAM ƏLİYEVİ ALDADIB?

Bədəl Bədəlovun “pokazuxa”sı ...- ''SOCAR''ın vitse-prezidenti İLHAM ƏLİYEVİ ALDADIB?

Tarix:

14-09-2020, 19:25

/ 3 922 dəfə oxundu.
Bədəl Bədəlovun “pokazuxa”sı ...- ''SOCAR''ın vitse-prezidenti İLHAM ƏLİYEVİ ALDADIB?

ARDNŞ ( SOCAR) -nin Sosial məsələlər üzrə vitse-prezidenti Bədəl Bədəlov haqqında ölkə mediasında nələr yazılmayıb. Bu adamın dazbaşların müşaiyəti ilə kortejlə gəzməsi, sanatoriyalar kralı olması, oğlunun böyük biznes şəbəkəsi-filan barədə çox yazılıb.
Bədəlovun xaricdəki biznesi, oliqarx olması medianın gündəmindən düşmür.
Biz indiyədək mediada olmayan bir mövzuya toxunmaq istəyirik.
Deməli, bir neçə il əvvəl Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yeni əzəmətli inzibati binasının açılışı olanda orda bir olay baş verib.
Deyirlər ki,Cənab Prezident İlham Əliyevin də iştirak etdiyi açılışdan bir müddət əvvəl Rövnəq Abdullayevin tapşırığı ilə Bədəl Bədəlov şirkətlərdən biri ilə danışıb və binada ən bahalı və müasir kompüter avadanlıqları və digər informasiya aparatları yerləşdirilib.
Və açılışda hər şey Prezidentin xoşuna gəlib, bəyənib və təqdir edib.
Ancaq açılışdan 1-cə gün sonra Bədəl Bədəlov həmiş şirkətə zəng edərək kompüter avadanlıqlarını gəlib aparmağı tapşırıb. Və şirkət suyu süzülə-süzülə gəlib hər şeyi söküb aparıb.
Sözümüzün canı odur ki, Bədəl Bədəlov kimilər hətta Prezidentə görüntü yaradır. Bunun adı “pokazuxa”dır.
Bu yerdə yadıma məşhur bir misra düşür: Kimi aldadırsan, ay zalım oğlu ?
gundelik-baku.com

Şərhlər

XƏBƏR LENTİ