Elman Paşayev başqasının mənzilini saxta yolla mənimsəməkdə ittiham edilir
Rusiyada yaşayan tanınmış azərbaycanlı vəkil Elman Paşayev 1997-ci ildə Yelizaveta Kirsanovanın mənzilində saxta yolla qeydiyyatdan keçib, sonra isə onun mənzilini özəlləşdirərək qadını evsiz qoyub.
TASS-ın məlumatına görə, bu barədə Kirsanovlar ailəsi xəbər verib. Onlar ittihamla bağlı müxtəlif instansiyalara müraciət ediblər.
Bəzi məlumatlara görə, Paşayev ruhi xəstə olan qadından otaq icarəyə götürüb, sonra hansısa yolla onunla nikah bağlayıb. Qohumlar bundan xəbər tutduqda, onu mənzildən çıxarmağa çalışıblar. Lakin Paşayev onları hədələyib və birinci evliliyindən olan uşaqlarını orada qeydiyyatdan keçirib.
2005-ci ildə isə bütün mənzili ailəsi üçün özəlləşdirərək, qadını evsiz qoyub.
E.Paşayev özü bunu axmaqlıq və cəfəngiyat adlandırır. Bununla belə, hüquq-mühafizə orqanları bu məlumatları yoxlayırlar.
Yeri gəlmişkən, xatırladaq ki, Rusiyanın Ədliyyə Nazirliyi Elman Paşayevi vəkillik statusundan məhrum etmək istəyir. Nazirlik belə bir qərarın aktyor Mixail Yefremovun işi üzrə məhkəmə prosesi zamanı vəkilin davranışları ilə əlaqəli olduğunu vurğulayıb. Mixail Yefremov hökmdən sonra Paşayevin apellyasiya şikayətindən imtina edəcəyini bildirib. İstintaq təcridxanasında onu ziyarət edən hüquq müdafiəçilərinin dediyi kimi, aktyor da Paşayevin hərəkətlərinin onu çətin vəziyyətə saldığını fikirləşir.Virtualaz.org

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...