Cavanşir Tağıyevin qəbir biznesi kürəkəninə verildi.. -Yolçəkən Aqibətin oğlu Bakı ŞİH-də hansı vəzifədə işləyir ?
Hamının yaxşı yadında olar, uzun illər Bakı Şəhər İcra Hakimiyyəti Mənzil -Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin (ƏVXT) müdiri işləyən Cavanşir Tağıyev var idi.
Bu adam sadə bir məmur deyildi.Tabeçiliyində onlarla qəbristanlıq, hər qəbristanlıqda qəbirdaşı sexləri, ustalar, qəqibristanlığın BAXICI-ları, nə bilim mürdəşir-filan..
Hələ bu harasıdı. Cavanşirin mərmər sexləri, başdaşı, sinədaşının qiymətləri də ..
Yuxarıda BAXICI sözünü elə belə işlətmədim. Bəli, hər qəbristanlığın rəsmi BAXICI-sı var, trestdən maaş alır, nəzarət edir və s.
Bu yaxınlarda adını demək istəməyən şəxs bildirdi ki, kimlərsə gəlib dayısının başdaşını aşırıb gediblər. Yəni qarət məqsədilə deyil, yoxsa bahalı mərməri aparardılar. Deməli qəbristanlıqda hər cürə hallar baş verir. Bəzən bahalı mərmərlər oğurlanır və mərmər sexlərinə satılır və s. Bir sözlə rüsvayçılıq.
Bəli, Cavanşir Tağıyev uzun müddət “qəbristanlıq naziri “ olub. Qəbir yerləri satmaqla milyonlar qazanıb.
Bu adamı vəzifədən gedəndə yerinə kimi qoysalar yaxşıdır. Bəli, bu vəzifəyə Cavanşir Tağıyevin kürəkəni, yəni qızının ərini təyin etdilər.
Bir soruşan olmadı ki, bu vəzifə atadan oğula, qaynatadan kürəkənə, babadan nəvəyə ötürülür ?
Sözün düzü, kürəkənin əvvəllər hansı vəzifədə çalışdığı barədə araşdıma aparırıq.
Ancaq öyrəndiyimiz odur ki, təzə müdirin atası Aqibət əvvəllər YOL KƏSƏN olub. Bəli,yol kəsən.
Bu adam uzun müddət Azərbaycanda yol çəkməklə məşğul olsa da, əsas işi yollara ayrılan pulları kəsib cibinə doldurmaqla məşğul olub. Və sonda YOL biznesi ilə QƏBİR biznesi birləşib Bakı ŞİH-də SABİR adlı iri bir məmur peyda olub.
Araşdırmamız davam edir.
gundelik-baku.com

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...