Ramiz Mehdiyevin biznes ortağı həbs oluna bilər - GƏLİŞMƏ
Ramiz Mehdiyevin siyasi enişindən sonra onun biznes imperiyasında da çöküş başlayıb.
Ölkədə metalurgiya sahəsində uzun illərdir zor gücünə monopoliya yaradan “Baku Steel Company” şirkəti və rəhbəri Rasim Məmmədovun da fəaliyyəti diqqət mərkəzindədir.
Belə ki, adıçəkilən kampaniyadan başqa “Baku Steel Construction”, Bakı Poladtökmə” ASC, Sumqayıt Boruyayma Zavodu, “Bakı Elektroştamp” ASC və bir çox başqa şirkətləri ələ keçirib öz nəzarətində saxlayan Rasim Məmmədovun fəaliyyəti ciddi şəkildə araşdırılır.
Mətbuatda yer alan məlumatlara görə, uzun illərdir səhmdarlarına heç bir divident verməyən, mealurgiya sahəsini tam öz inhisarında saxlayan, bu sahədə heç bir yerli və xarici şirkətin faəliyyətinə imkan verməyən Rasim Məmmədovun zavodları nədənsə "rentabelsiz" işləyir, dövlətə 1 milyondan artıq vergi borcu var, bu ilin fevral ayından isə fəaliyyətini tamamən dayandırıb. Əvəzində dövlətdən və səhmdarlardan gizlədilən gəlirlərlə xaricdə özünə və Ramiz Mehdiyevə yeni bizneslər qurub. Belə ki, onun dövlətə olan külli miqdarda borcunu ödəməkdən yayındığına, Azərbaycandan milyardlarla dollar vəsaiti çıxararaq Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində və Qazaxıstanda yeni zavodlar açdığına dair məlumatlar var.
Digər bir məlumata görə isə, R.Məmmədovun gəlirləri gizlətmə mexanizmlərindən biri də gizli zavod saxlamasıdır. Belə ki, “Suraxanı Əməliyyat Şirkətinin” bir addımlığında olan "Steel Company"nin də ona məxsus olduğu bildirilir.
Hit.Az-ın əldə etdiyi məlumata görə, R.Məmmədovun iqtisadi sabotajından duyuq düşən dövlət qurumları bir neçə aydır ki, adıçəkilən şirkətlərdə böyük yoxlamalar aparır. Bu yoxlamalar nəticəsində irimiqyaslı yeyinti və vergidən yayınma faktları ortaya çıxıb. Yaxınlarda yoxlamaların nəticələrinin rəsmi açıqlanacağı və R.Məmmədovun həbs olunacağı gözlənilir.
Mətbuatın yazdığına görə, artıq aidiyyatı qurumların müdaxiləsindən sonra Ramiz Mehdiyevin “Baku Steel Company”də çalışan nəvəsi və bacısı nəvəsi şirkətdən uzaqlaşdırılıb. Zavodun sənəd üzərində sahibi olan Rasim Məmmədovun isə artıq bu şirkət üzərində təsiri də minimuma endirilib.
Etibarlı mənbənin bildirdiyinə görə, artıq zavoda yeni rəhbərliyin gətirilməsi istiqamətində işlər aparılır. Bir vaxtlar zavodun rəhbərliyində təmsil olunan Nüsrət Məmmədovun yenidən sədr vəzifəsinə gətiriləcəyi gözlənilir. Qeyd edək ki, N.Məmmədovun rəhbərliyi dövründə zavod rentabelli çalışıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...