SOCAR-ın şöbə müdirinin milyonlarla qiyməti olan istirahət mərkəzi – FOTOLAR
Quba rayonunun 1-ci Nügədi kəndində 5 hektar ərazini əhatə edən “MACARA” istirahət mərkəzinin SOCAR-ın İnsan Hüquqları Şöbəsinin müdiri Eldar Orucova məxsus olduğu bildirilir.
Tikintisinə 2016-cı ildə başlanılan kompleks artıq yekunlaşmaq üzrədir. Məsələ ilə əlaqədar olaraq tikintinin yerləşdiyi İnzibati Ərazi Dairəsinin icra nümayəndəsi Babək Orucovla əlaqə saxladıq. Qeyd edək ki, Babək Orucov Eldar Orucovun doğma əmisi oğludur. Babək Orucov 7Times.az-a həmin istirahət kompleksinin özünə aid olduğunu bildirib.
“Macara istirahət kompleksinin mənim əmim oğlu, SOCAR-ın İnsan Hüquqları Şöbəsinin müdiri olan Eldar Orucova heç bir aidyyyatı yoxdur. O kompleksi mən tikdirirəm”.
Qiyməti 10 milyon manatdan çox olan lüks istirahət mərkəzinin hansı vəsaitlə inşa etdirilməsi sualına isə icra nümayəndəsi belə cavab verib:
“Mənim şəxsi təsərrüfatım var. Ordan qazandığım pullarla tikdirirəm istirahət mərkəzini”.
Qeyd edək ki, tikintinin aparıldığı ərazidə yerləşən göl də 20 illik icarəyə alınıb. Həmin göl Meliorasiya və Su Təsərrüfatı ASC-nin balansındadır. Göl hasarlanaraq istirahət kompleksinin ərazisinə daxil edilib.
7times.az







Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...