XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Fətullah Gülən Əli Həsənova qalstuk bağışlayıb - FOTO

Fətullah Gülən Əli Həsənova qalstuk bağışlayıb - FOTO

Fətullah Gülən Əli Həsənova qalstuk bağışlayıb - FOTO
10-09-2020, 09:18

"Jurnalist həmkarlarımızdan biri bu gün postunda yazıb ki, az qala Əli Həsənovu FETO-çu da edələr. Mən onu FETO-çu adlandırmayacam . Amma onun vaxtilə Fətullah Gülənlə işbirliyində olması barədə çox etibarlı mənbənin danışdığı əhvalatı yazacam”.

Sfera.az xəbər verir ki, bu sözləri Reuters agentliyinin Azərbaycandakı təmsilçisi, jurnalist Nailə Balayeva özünün sosial şəbəkə hesabında yazıb.

"Demək, bir gün İREX təşkilatının Bakı təmsilçisi bir komik dizaynı olan qalstuk geyərək gedib, Əli Həsənovun yanına. Əli Həsənov da buna sataşansayağı tonda deyib, nə gəşəng qalstukun var . Xarici qonaq tonundan başa düşüb ki, bunu ələ salır . Amma dilindən tutub, qəfil qalxır ayağa və Əli Həsənova qalstukları dəyişməyi təklif edir.

Çaşan Əli Həsənov öz qalstukunu qonağa verir və qonağınkını taxır boynuna. Görüşdən sonra xarici qonaq həmin qalstuku ofisdə lazımsız şey kimi divanın üstünə atır. Mənə bu əhvalatı danışan və həmin ofisdə çalışan şəxs deyir ki, qalstukun arxasındakı etiketdə yazılmışdı "Əli Həsənov qardeşimə Fətullah Güləndən yadigar. Belə belə işlər”.

Sfera.az-ın araşdırmalarından bəlli olur ki, IREX rəhbəri ilə görüşə gedən şəxs o zaman Irex-də hüquqşünas işləyən Ələsgər Məmmədli olub.

Eldar Abbasov adlı facebook istifadəçisi isə həmin qalstukdan birinin də Ramiz Mehdiyevə hədiyyə edildiyini yazıb. Fətullah Gülən tərəfindən Ramiz Mehdiyevə və Əli Həsənova göndərildiyi iddia edilən həmin qalstukun fotosunu təqdim edirik.
Fətullah Gülən Əli Həsənova qalstuk bağışlayıb - FOTO

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.